Hadisə
Bakı metrosunda problem yarandı

Bu gün Bakı metrosunda qatarların hərəkətində problem yaranıb.
Bunu Publika.az-a açıqlamasında "Bakı Metropoliteni" QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov bildirib.
Onun sözlərinə görə, metroda Dərnəgül-Nizami istiqaməti xüsusi sahə sayılır: "Nizami" və "İnşaatçılar" stansiyalarının arasında xüsusi maililik var. Biz sentyabrın 15-dən intervalları azalda bilmişik. Buna görə də sərnişinlərə hüdud xəttini keçməmək, qapıları saxlamamaqla bağlı müntəzəm müraciətlər edirik. Çünki intervallar azaldıldıqdan sonra hər saniyə belə xüsusi əhəmiyyət kəsb edir".
Metro rəsmisi əlavə edib ki, qatar hər hansı stansiyada sürətini aşağı salarsa, müəyyən vaxt itirir: "Məsələn, bir qatar "Elmlər Akademiyası" stansiyasını tərk etməmiş digər qatar "İnşaatçılar" stansiyasından hərəkət etmir. Nəticədə qatarlar yığılıb qalır. Hazırkı problemin kökü "20 Yanvar" stansiyasındadır. İndi sərnişin axınının, sıxlığın tənzimlənməsi üçün işlər görülür".
-
İdman12:25
Atası Lalənin sirrini açdı: Ağladı, çünki Bakı yadına düşmüşdü
-
Nida Xəbər 11:42
Ramiz Mehdiyevin ailə bankı ciddi zərər gördü
-
Nida Xəbər 10:18
Ramiz Mehdiyevin qızı bu vəzifənin sahibidir
-
Magazin109:48
Zaur Baxşəliyev məhkəmədə ifadə verdi: Efirdəki bu sözünə görə
-
Nida Xəbər 09:24
Ramiz Mehdiyevin biznes imperiyası: Görün nələri var
-
Dünya09:00
Pakistan-Əfqanıstan sərhədində şiddətli döyüşlər başladı
-
İqtisadi gündəm08:00
Qızılın qiyməti rekord qırdı
-
Magazin206:16
Şakiradan iddialı FOTOLAR