Bakıda 2 nəfər bıçaqlandı
Bizi izləyin

Hadisə

Bakıda 2 nəfər bıçaqlandı

Bakıda 2 nəfər bıçaqlanıb.

Publika.az xəbər verir ki, 2005-ci il təvəllüdlü İsrafil Babayev dünən Binəqədi qəsəbəsində bıçaq xəsarətləri alıb.

Ona xəsarətlər yetirən 2004-cü il təvəllüdlü Zərdab rayon sakini Fərqin Mehman oğlu İsbatov saxlanılıb. Faktla bağlı Binəqədi RPİ-nin İŞ-də CM-in 126.1-ci maddəsi ilə cinayət işi başlanılaraq istintaq davam etdirilir.

Oxşar hadisə Sabunçu rayonu Anaşkin küçəsində baş verib. Dünən saat 17 radələrində Fuad Süleyman oğlu Qurbanov həmin küçədə tanışı Rafiq Paşa oğlu Paşayevə şəxsi münasibətin pozulması zəminində baş vermiş mübahisə zamanı üzərində gəzdirdiyi kəsici-deşici alətlə zərbə endirib. Qarın nahiyəsindən ağır xəsarət alan şəxs xəstəxanaya çatdırılıb.

Hər iki faktla bağlı Cinayət Məcəlləsinin 126.1-ci (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb.(“Qafqazinfo” )

Oxumağa davam et
Reklam
Reklam

Gündəm