İtkin düşmüş gəlin görün kimin vanna otağından tapıldı - FOTOLAR
Bizi izləyin

Hadisə

İtkin düşmüş gəlin görün kimin vanna otağından tapıldı - FOTOLAR

Braziliyada itkin düşmüş gəlin yerli keşişin evində tapılıb.

Publika.az xəbər verir ki, hadisə Nova-Marinqa şəhərində baş verib. 42 yaşlı keşiş Luçano Bragi Simplisiyo gənc qadını vanna otağında gizlədib.

Bir qrup şəxs Simplisiyonun evinə girərək, onun qadını gizlətdiyini güman edib. İnternetdə yayılan kadrlarda yarıçılpaq keşişin insanları otağa buraxmamağa çalışdığı görünür. Qapı zorla açıldıqdan sonra hamam otağında 21 yaşlı gəlin tapılıb. Şahidlərin sözlərinə görə, qadının əynində mayka və şort olub.

Həm keşiş, həm də qadın aralarında intim münasibətin olmadığını bildiriblər. Simplisiyo qadının evə yalnız kilsədə işlədikdən sonra duş qəbul etmək üçün gəldiyini deyib.

Episkopluq araşdırma başladığını açıqlayıb. Kilsə rəsmiləri bildirib ki, lazımi kanonik tədbirlər görülür. Həmçinin camaatı anlayışlı olmağa və dualarını davam etdirməyə çağırıblar.(milli.az)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm