Hadisə
Polis 5 qumbara və digər silah-sursatlar aşkarlayıb
Daxili İşlər Nazirliyinin əməkdaşları qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirləri davam etdirirlər.
Nazirliyin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, oktyabrın 17-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 5 qumbara, 8 alışdırıcı, 7 tüfəng və 510 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.
Bundan başqa, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 10 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Həmçinin ötən gün keçirilən əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 17 nəfər saxlanılaraq istintaqa təhvil verilib.
-
Hadisə17:26Mənsur İbrahimli vəfat etdi
-
Digər17:09Dünya İran müharibəsinə görə nələri itirdi? - Dəhşətli statistika
-
Yaxın Şərq16:10Hərbi Dəniz Qüvvələri rəqiblərə yeni məğlubiyyət yaşatmağa hazırdır - Xamenei
-
Nida Xəbər 16:00Mehriban Əliyeva Fələstinə həsr olunan tədbirdə iştirak etdi - Fotolar
-
Magazin215:09Məşhur aktrisa öldü
-
Sosial14:00Halal turizm modeli: Azərbaycan bu bazara necə girə bilər?
-
Sağlamlıq13:00Şəkərli diabeti olanlar balqabaq yeyə bilərlər? - Həkimdən məsləhət
-
Hadisə12:35Təhsil naziri mübahisəli epizoda paylaşımı ilə eyham vurdu - Foto





































