Hadisə
Nənəsi ona çatanadək eyvana çıxaraq yıxılıb... - VİDEO

Hövsanda yerləşən çoxmərtəbəli binaların birində azyaşlı uşaq yeddinci mərtəbədən yıxılaraq ölüb.
Publika.az-ın Xəzər TV-yə istinadən məlumatına görə, ailə üzvləri Rəsul Əlifzadənin 3, rəsmi qurumlar isə 6 yaşı olduğunu bildirir.
Qeyd olunub ki, hadisə baş verən vaxt azyaşlı həyətdə nənəsi ilə uşaq meydançasında oynayırmış. Bu zaman o, evə getmək istəyib, nənəsinin yanından qaçaraq liftə tək minib. Onlar altıncı mərtəbədə yaşayırmış, amma uşaq liftdə 7-ci mərtəbənin düyməsini basıb. Nənəsi gəlib ona çatanadək blokda yerləşən açıq eyvana çıxıb və oradan yıxılıb.
R.Əlifzadə ailənin tək övladı olub.
TƏBİB-dən isə bildirilib ki, oktyabrın 18-i saat 15:40 radələrində Suraxanı rayonu Hövsan qəsəbəsi ərazisindən Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub: “Çağırış ünvanına dərhal təcili tibbi yardım briqadası cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfindən 2019-cu il təvəllüdlü azyaşlının həkiməqədər ölüm faktı qeydə alınıb”.
Daha ətraflı videomaterialda:
-
Region12:00
Ermənistanda axtarış: Təhlükəsizlik qüvvələri bu meriyaya basqın etdilər - VİDEO
-
Rəsmi xronika11:50
İlham Əliyev sərəncam imzaladı
-
ABŞ11:08
Məxfi Xidmət “ov qülləsi” aşkar etdi: Trampın təyyarəsini izləyirmiş
-
Dünya10:18
Trampın Zelenskiyə təklifinin detalları açıqlandı: Ukrayna bu ərazilərdən imtina etməlidir
-
İdman10:00
Ronaldonun oğlunun saat kolleksiyası üzə çıxdı: Ən bahalı modelin qiyməti... - FOTOLAR
-
İdman09:24
Arda Ukrayna - Azərbaycan oyununda kimə azarkeşlik edib? - Mənim üçün çətindir...
-
ABŞ08:36
Oteldə KURYOZ OLAY - Siçovul yatmış qadının dırnaqlarını gəmirdi
-
Sağlamlıq08:00
Qazlı suyun elə faydaları üzə çıxdı ki...