ABŞ
ABŞ-ın Venesuelada tətbiq etdiyi GİZLİ SİLAH - “Başımın içəridən partladığını hiss etdim”
ABŞ-ın Venesuela lideri Nikolas Maduronun qaçırılması əməliyyatı zamanı istifadə etdiyi “gizli silah” güclü səs dalğasına bənzəyirmiş.
Publika.az xəbər verir ki, bu barədə New York Post (NYP) şahidlərə istinadla xəbər yayıb.
Nəşrin məlumatına görə, “diskombobulyator” adlanan cihaz ABŞ hərbçiləri tərəfindən birbaşa Maduronun mühafizəçilərinə qarşı tətbiq olunub.
Əməliyyata şahidlik edən şəxslərdən biri bildirib:
“Bir anda nəsə işə saldılar; bunu necə təsvir edəcəyimi bilmirəm. Bu çox güclü bir səs dalğasına bənzəyirdi. Birdən başımın içəridən partladığını hiss etdim”.
Şahidin sözlərinə görə, ABŞ silahının təsirinə məruz qalan şəxslərdə zəiflik, burun qanaması və qusma kimi simptomlar müşahidə olunub.
“Hər kəsin burnundan qan gəldi, bəzilərində isə qansız qusma oldu. Biz yerə yıxıldıq, hərəkət edə bilmirdik,” — deyə o qeyd edib.
Əvvəlcə ABŞ Prezidenti Donald Tramp də açıqlamışdı ki, Maduro və həyat yoldaşının qaçırılması zamanı “gizli dezorientasiyaedici silah” istifadə olunub.
Hüseyn İbadlı
-
Sosial22:46Azərbaycanın bu bölgəsində ev quşları kütləvi şəkildə tələf olur - Nə baş verir?
-
Dünya22:18Heç kim Türkiyəyə "F-35" tədarük etməyimizə mane ola bilməz - Tramp
-
Magazin120:36Əməkdar artistdən haqqında yayılan xəbərlərə reaksiya - Həmin ilan ölməyib...
-
Ekopublika.az18:50Şəmsi Səmədzadə həbsdən azad oldu - Foto
-
Hadisə18:30Bakıda güclü külək səbəbindən xəsarət alanlarla bağlı - Nazirlikdən açıqlama
-
Pul14:23Qaytarıla bilməyən kreditlər bağlana bilərmi?
-
Rəsmi xronika13:37Azərbaycanda işçilərə şirkət payı veriləcək
-
ABŞ13:07Trampdan "2028" mesajı: Prezident seçkilərində namizədliyinə eyham vurdu











.jpg)





.webp)



















