1 aya sərhəddə 8,2 milyon manata yaxın qaçaqmal aşkarlandı
Bizi izləyin

Hadisə

1 aya sərhəddə 8,2 milyon manata yaxın qaçaqmal aşkarlandı

Ötən ay ərzində dövlət sərhədində 489 kiloqram 871 qram narkоtik vasitə, 4689 ədəd narkotik tərkibli güclü təsiredici vasitə hesab edilən həb aşkarlanaraq dövriyyədən çıxarılıb.

Publika.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin (DSX) 2025-ci ilin oktyabr ayının icmalında qeyd olunub.

Eyni zamanda bildirilib ki, qaçaqmalçılıq fəaliyyətinə qarşı mübarizə tədbirləri nəticəsində ümumi dəyəri 8 milyon 164 min 905 manat оlan qaçaqmal, о cümlədən tüfəngə məxsus 6 ədəd patron, 9 ədəd tapança mərmisi, Rusiya valyutası, pirotexniki vasitələr, dərman vasitələri, spirtli içki və tütün məmulatları aşkar olunaraq götürülüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm