Yol hərəkəti haqqında Qanuna dəyişiklik edildi - Yanvarın 1-dən qüvvəyə minəcək
Bizi izləyin

Dünya

Yol hərəkəti haqqında Qanuna dəyişiklik edildi - Yanvarın 1-dən qüvvəyə minəcək

Slovakiya parlamenti Yol hərəkəti haqqında Qanuna dəyişiklik edib.

Publika.az yerli mətbuata istinadən xəbər verir ki, ölkədə piyada təhlükəsizliyinin təmin edilməsinə yönəlmiş düzəlişin bir hissəsi olaraq, şəhər yerlərində səkilərdə maksimum sürət saatda 6 kilometr olaraq müəyyən edilib.

Bu sürət həddi səkilərdən istifadə etməyə icazə verilən piyadalara, velosipedçilərə, diyircəkli konki və skuter sürənlərə şamil ediləcək.

Məlumata görə, qərarın səbəbi son zamanlar piyada-skuter toqquşmalarının artması ilə bağlıdır. Parlament qərarın bu cür qəza və xəsarətlərin qarşısını almaq üçün verildiyini bəyan edib.

Qanun 1 yanvar 2026-cı il tarixindən qüvvəyə minəcək. Qaydaya əməl etməyənlər cərimə ilə üzləşəcəklər.

Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm