Hadisə
FHN-in Aran Regional Mərkəzi təlim keçirdi - VİDEO
Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzi tərəfindən “Nəqliyyat qəzaları zamanı xilasetmə əməliyyatları” mövzusunda Kür çayının Mingəçevir şəhərindən keçən hissəsinin sahilində təlim keçirilib.
Nazirliyin Mətbuat xidmətindən Publika.az-a verilən xəbərə görə, təlimə FHN-in yerli qurumlarının, DİN Su Nəqliyyatında Polis İdarəsinin Mingəçevir xətt polis məntəqəsi və Mingəçevir şəhər Polis şöbəsinin post patrul xidmətinin və TƏBİB-n Mingəçevir şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının şəxsi heyəti və texnikası cəlb olunub.
Təlimin keçirilməsində əsas məqsəd cəlb olunan qüvvələrin mümkün fövqəladə hallar zamanı qarşılıqlı fəaliyyətinin təkmilləşdirilməsi, cavabdeh şəxslərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi olub.
Təlim zamanı iki ədəd kiçikhəcimli gəminin şərti toqquşma hadisəsi və bu zaman həyata keçirilən zəruri və təxirəsalınmaz tədbirlər simulyasiya edilib. Belə ki, “qəza” zamanı “zərərçəkmişlər” xilasedicilər tərəfindən “xilas olunaraq ilk yardım” göstərildikdən sonra aidiyyəti üzrə təcili tibbi yardım briqadasına təhvil veriliblər. Gəmidə baş vermiş şərti yanğın yanğınsöndürənlər tərəfindən “söndürülüb, digər ərazilər yanğından mühafizə edilib”.
Təlimdə ümumilikdə xüsusi təyinatlı 11 ədəd texnika və 57 nəfərdən ibarət şəxsi heyət iştirak edib.
Sonda təlimin nəticələrinin təhlili aparılıb, müvafiq tapşırıqlar verilib.
-
Nida Xəbər 17:36BMT Şurası Bakının təşəbbüskarı olduğu qətnaməni qəbul etdi
-
Region15:38Paşinyan bu dəfə xanım jurnalistlə mübahisə etdi: Sus, yoxsa qovulacaqsan
-
Nida Xəbər 14:24Azərbaycandan qayıdan Türkiyə təyyarəsini İsrail vurub?
-
Rəsmi xronika13:56Prezident onları qəbul etdi - YENİLƏNDİ
-
Nida Xəbər 13:06Xanımı Polad Həşimovun həmin fotosunu paylaşdı...
-
Nida Xəbər 12:32Bu, Ankara və Bakı üçün müstəqil bir dəyərdir və çox əvvəl hazırlanıb - Moskvadan etiraf
-
Yaxın Şərq10:26Trampın çıxışı İsraili təşvişə saldı: Bu ölkələr İrandan asılı vəziyyətə düşəcək
-
MDB09:30Rusiyadan Ermənistana dəmir yolu ilə bağlı təhdid: Nəticəsi acınacaqlı olacaq











.jpg)



.jpg)





















