Hadisə
Mehdiabadda kafe sahibinin hesab davası - Adam bıçaqladı
Abşeron rayonunda 1976-cı il təvəllüdlü Ələddin mübahisə zamanı tanışı Ruslana xəsarət yetirib.
Publika.az Teleqraf-a istinadən xəbər verir ki, hadisə 22 noyabr 2024-cü ildə Mehdiabad qəsəbəsində baş verib.
Ələddin saat 22 radələrində orta dərəcəli sərxoşluq vəziyyətində iki mərtəbəli tikilinin ikinci mərtəbəsində fəaliyyət göstərən kafedə şəxsiyyəti istintaqa məlum olmayan şəxslə hesabı ödəməkdən boyun qaçırması səbəbindən mübahisə etməyə başlayıb.
Tikilinin birinci mərtəbəsində mağazada təsərrüfat malları satan Ruslan səs-küyü eşidib və kafeyə daxil olub. Ələddinin bir nəfərlə mübahisə etdiyini görüb, yaxınlaşaraq onları aralamaq istəyib.
Ələddin kafedə masadan götürdüyü bıçaqla Ruslanın qarın nahiyəsindən vurub.
Hadisəni törədən Ələddinin barəsində Cinayət Məcəlləsinin 126.2.4-cü (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib.
İş üzrə ifadə verən Ələddin ittiham üzrə özünü təqsirli bilib. İfadəsində göstərib ki, 2024-cü ilin avqust ayından Mehdiabad qəsəbəsində iki mərtəbəli tikilinin ikinci mərtəbəsində icarə əsasında kafe işlədir: “Həmin vaxtdan birinci mərtəbədə təsərrüfat malları satan Ruslanı tanıyıram. Aramızda heç bir düşmənlik və ədavət olmayıb. Ara-sıra kafeyə gəlib yemək yeyib”.
Təqsirləndirilən şəxs qeyd edib ki, noyabrın 24-də təxminən saat 22 radələrində kafedə üzdən tanıdığı müştəri yeyib-içdikdən sonra hesabını ödəmədiyi üçün aralarında münaqişə yaranıb: “Ondan pulu ödəməyi tələb etsəm də, mənimlə yüksək tonla danışdığı üçün, özüm də içkili olduğumdan davranışı xoşuma gəlmədi. Aramızda mübahisə yarandı. Onu qorxutmaq üçün masanın üzərindən mətbəx bıçağı götürdüm.
Bu zaman Ruslan və digər müştərilər aralamaq üçün bizə yaxınlaşdılar. Hesabı ödəməyən müştəriyə çox əsəbləşdiyimə görə heç kəs gözümə görünmədi. Bu ərəfədə Ruslanın israrlı şəkildə aralamağa çalışması qəzəbimə səbəb oldu. Ondan getməsini tələb etsəm də, qulaq asmadı. Mən də özümdən asılı olmayaraq bıçaqla Ruslanın qarın nahiyəsinə bir zərbə endirdim.
Zərbənin o qədər ağır olacağını düşünmədim. Fikirləşdim ki, yüngül cızar. Sonradan Ruslanın əlini qarnına tutaraq qaçmasından başa düşdüm ki, xəsarət ağır olub. Onu vuran kimi mübahisə etdiyim şəxs qaçaraq getdi.
Əslində Ruslanla aramızda heç bir ciddi şey olmayıb. Daxili İşlər Nazirliyinin 102 xidmətinə özüm zəng edərək bıçaqla adam vurduğumu bildirdim”.
Bu cinayət işinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Ələddin 6 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.
-
Sosial20:30Həbsdə olan Elbəyi Kərimli VƏFAT ETDİ
-
Magazin120:12Nadir xanımı və yeni doğulan nəvəsi ilə - FOTO
-
Ekologiya20:00Bəzi rayonlarda güclü külək əsir - FAKTİKİ HAVA
-
İdman19:48Ərəb investorları Rusiya klubunu almaq istəyirlər
-
Magazin119:24Samirə Milan küçələrində pozalar verdi - FOTO
-
Sosial18:12Azərbaycanda 9 nəfər bu əməllərinə görə SAXLANILDI
-
İqtisadi gündəm17:59Azərbaycan İnvestisiya Holdinqi təmizlik işlərinə 200 min manat ayırdı
-
Səhiyyə17:4945 dəqiqə dayanan ürəyi işə salan həkim danışdı - VİDEO













.jpg)






















