Elm və təhsil
Azərbaycanda "Son zəng" tədbirləri üçün TƏLƏBLƏR QOYULDU
Azərbaycanda "Son zəng" tədbirlərinin keçirilməsi üçün tələblər müəyyənləşib.
Publika.az Oxu.az-a istiadla xəbər verir ki, bununla bağlı məktəblərə təlimatlar göndərilib.
Təlimata əsasən, "Son zəng" tədbirinin təşkil edilməsinə ümumi təhsil müəssisəsinin direktoru rəhbərlik edir, tədbir zamanı, tədbirdən sonra ümumi təhsil müəssisəsində baş verən hər hansı neqativ hadisəyə məsuliyyət daşıyır.
Tədbir ümumi təhsil müəssisəsinin həyətyanı sahəsində, həyətyanı sahəsi olmayan müəssisələrdə isə idman və ya akt zalında təşkil olunmalıdır.
Həmçinin təlimatda aşağıdakılar qeyd olunub:
- "Son zəng" tədris prosesinə mane olmadan keçirilməli və təhlükəsiz şərait təmin edilməlidir;
- "Son zəng" tədbiri 13 iyun 2026-cı il tarixində səhər saat 08:00, 09:00 və ya 10:00-da başlamalı və ən geci 2 saat ərzində bitməlidir.
"Son zəng" tədbirində aşağıdakı şəxslərin iştirakı mümkün hesab edilir:
- 1-ci və 11-ci sinif şagirdlərinin valideynləri (qəyyum/himayəçi);
- Təhsili idarəetmə orqanlarının nümayəndələri (ETN, MÜTDA, BŞTİ, RTİ);
- Asayişi qorumaq üçün əvvəlcədən müəyyən edilmiş polis nümayəndələri, yerli icra hakimiyyətinin nümayəndələri, şəhid ailələrinin üzvləri və qazilər, məktəbin ictimai-sosial həyatında xüsusi rolu olan valideynlər.
Bundan başqa, şagirdin geyimi, nizam-intizam və etik davranış tələbləri də müəyyənləşib:
- Şagirdlər tədbirdə məktəbli formasında olmalıdırlar;
- Məzunların xarici görünüşü təhsil müəssisəsinin intizam qaydalarına uyğun və səliqəli olumalıdır;
- Bayağı musiqilərin səsləndirilməsinə yol verilməməlidir.
Tədbir üçün milli-mənəvi dəyərlərə uyğun hazırlanmış, rəsmi və bədii hissədən ibarət ssenari olmalı, ssenari müəssisə rəhbəri tərəfindən imza və möhürlə təsdiqlənməlidir.
Tədbirin açılışı Dövlət Himni ilə başlamalı, daha sonra şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilməlidir.
Bundan başqa, təlimatda məktəbdaxili təşkilati tədbirlər və əlavə tələblər də qeyd olunub:
Tədbirdə təşkilat və idarələrin nümayəndələri üçün xüsusi hazırlıq işləri aparılmamalı, masada yalnız içməli su olmalıdır. Həmin şəxslərə hədiyyə və gül dəstələrinin təqdim olunması qadağandır;
- Tədbirin bədii hissəsi yalnız məktəbin daxili imkanları əsasında təşkil olunmalıdır;
Qeyd olunan tələblərlə bağlı pedaqoji şura iclası keçirilməli, müvafiq qərarlar qəbul edilməli və valideynlərin məlumatlandırılması məqsədilə təlimat hazırlanaraq məktəbin görünən guşələrində yerləşdirilməlidir. Valideynlər tədbirdən öncə maarifləndirilməlidir.
-
Sağlamlıq05:45Dietoloq almanın əsl faydalarını açıqladı
-
Sosial02:12Dərsə getmək üçün hər gün kilometrlərlə yol yeriyirlər - VİDEO
-
ABŞ01:41Pentaqon rəhbərindən mərc edənlərə sərt xəbərdarlıq
-
Magazin201:11“Yadplanetli” və “Ən yaxşı atıcı” filmlərinin aktyoru vəfat etdi
-
Magazin100:50Firuzə İbadovanın xəstəliyi açıqlandı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Əks halda zərərə düşə bilərsiniz
-
Hadisə22 Oktyabr 23:48Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
-
Sosial22 Oktyabr 23:24Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Dəhşətli faktlar / VİDEO














.png)





















