Hadisə
Cinayət törətməkdə şübhəli bilinən 36 nəfər saxlanıldı
Ötən gün ölkə ərazisində qeydə alınan 33, əvvəlki dövrlərdən bağlı qalan 4 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 228, o cümlədən borclu şəxs qismində axtarışda olan 190 nəfər, ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 9 nəfər saxlanılaraq aidiyyəti üzrə, dələduzluğa görə axtarışda olan 23 nəfər isə istintaqa təhvil verilib.
Həmçinin narkotiklərlə əlaqəli 10 fakt müəyyən edilib, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində isə ümumi çəkisi 10 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb.
Qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 11 fakt müəyyən edilib, polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 tapança, 11 qumbara, 5 alışdırıcı, 6 tüfəng, 6 patron darağı və müxtəlif çaplı 794 ədəd patron aşkar edərək götürüblər.
Cinayət törətməkdə şübhəli bilinən 36 nəfər saxlanılıb.
-
Hadisə17:26Mənsur İbrahimli vəfat etdi
-
Digər17:09Dünya İran müharibəsinə görə nələri itirdi? - Dəhşətli statistika
-
Yaxın Şərq16:10Hərbi Dəniz Qüvvələri rəqiblərə yeni məğlubiyyət yaşatmağa hazırdır - Xamenei
-
Nida Xəbər 16:00Mehriban Əliyeva Fələstinə həsr olunan tədbirdə iştirak etdi - Fotolar
-
Magazin215:09Məşhur aktrisa öldü
-
Sosial14:00Halal turizm modeli: Azərbaycan bu bazara necə girə bilər?
-
Sağlamlıq13:00Şəkərli diabeti olanlar balqabaq yeyə bilərlər? - Həkimdən məsləhət
-
Hadisə12:35Təhsil naziri mübahisəli epizoda paylaşımı ilə eyham vurdu - Foto





































