Hadisə
Bacı-qardaşın faciəli ölümünün detalları: “Qoxudan içəri girmək olmurdu” - VİDEO
Bu gün paytaxtın Xətai rayonunda 17 yaşlı Zeynəb Yaralıyeva və qardaşı 16 yaşlı Amin dəm qazından boğularaq ölüblər.
Publika.az xəbər verir ki, işdən evə gələn ana iki övladının cansız bədənini aşkar edib.
Qonşular bildiriblər ki, əslən Qusar rayonundan olan ana iki övladı ilə 2 ilə yaxındır həmin ünvanda kirayədə qalırmış və yeniyetmələr məktəbli imiş:
“Anası özünü itirmişdi, çığırırdı. İçəri daxil olub tez pəncələri açdım. Uşağa kömək etmək istəyəndə gördüm ki, artıq gecdi, rəhmətə gedib. Qız da hamamda yıxılıb orada həyatını itirmişdi. Dəm qazının qoxusundan içəri girmək olmurdu. Burnumu tutub içəri girdim, 1 dəqiqədə gözüm yaşardı”.
Digər bir qonşu isə qeyd edib ki, yeniyetmələrin anası işdən gəlib, qapını döyüb və açan olmayıb:
“Qapını açanda isə görüb ki, belədir. Biri çarpayıda ölmüşdü, biri də hamam otağında. Anası çölə çıxarmışdı”.
Daha ətraflı “Xəzər TV”nin süjetində:
-
Nida Xəbər 10:44Qod Nisanovun bu addımı Rusiyada gündəm oldu
-
MDB09:12Rusiya od içində: Ukrayna PUA-ları Moskva Neft Emalı Zavoduna çatdı
-
Rəsmi xronika09:04Bakıda mühüm tədbir: İlham Əliyev iştirak edir - Canlı
-
Nəqliyyat08:49Bakıda taksi sürücülərinin gizli oyunu - Bunu istəsələr, etməyin!
-
Hadisə07:35Zəhranın öldüyü qəzada sürücünü hansı cəza gözləyir?
-
Sosial02:44Bakı səmasında möhtəşəm hilal görüntüsü - Foto
-
Qoroskop00:45Günün ulduz falı: gələn təkliflər yeni qapılar açacaq
-
Hadisə17 İyun 21:39Qızı faciəli şəkildə ölən tanınmış vəkil danışdı - Mən o videoya baxdım...



















.jpg)



.jpg)








