Region
Bağçalının Zəngəzurla bağlı təklifi Ermənistanda qorxu yaratdı
Türkiyə Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bağçalının Zəngəzur dəhlizi ilə bağlı təklifi Ermənistanda ciddi narahatlıq yaradıb.
Publika.az xəbər verir ki, Bağçalı TRİPP layihəsi – Zəngəzur dəhlizinin Turan dəhlizi adlandırılmasını təklif edib.
O bildirib ki, bu marşrut əslində Turan dəhlizi adlandırılmalıdır:
“Bu marşrut Naxçıvanı Azərbaycanın əsas hissəsi ilə birləşdirəcək və Türkiyəni qardaş Azərbaycan vasitəsilə Xəzər dənizinə, oradan da Türküstana çıxaracaq. Bu dəhliz “Bir millət, iki dövlət” ruhunun türk dünyasında yayılması üçün strateji cəhətdən əhəmiyyətli mühüt yaradacaq. Bu marşrut mahiyyət etibarilə, Turan dəhlizidir”.
Bağçalı qeyd edib ki, Turan dəhlizi Qarsdan Türküstan sərhədlərinə qədər uzanan tarixi və mədəni bir qapıdır. O, bu dəhlizin əsrin əsas nəqliyyat və ticarət yollarından birinə çevriləcəyini, türk dünyasının iqtisadi dirçəlişinə səbəb olacağını da bildirib.
MHP liderinin çıxışı Ermənistanda, xüsusilə revanşistlər arasında narahatlıqla qarşılanıb.
Asif
-
ABŞ06:16Trampın yeni planı: Yanvarı gözləyir
-
ABŞ05:45Yadplanetlilərlə bağlı sirli sənədlər açıldı: ABŞ ordusu 1 500 hadisəni araşdırıb
-
Qoroskop00:45Günün ulduz falı: Axşam saatlarında xoş sürpriz gözlənilir
-
Dünya20 Noyabr 22:18Tramp və Si Cinpindən süni intellektlə bağlı ortaq qərar
-
Səhiyyə20 Noyabr 20:48Dərmanlar da icbari tibbi sığortaya daxil edilir - Kimlər faydalanacaq?
-
Kriminal20 Noyabr 20:00Qətlə yetirilən Gülarənin atası danışdı: Ailədə nələr yaşanıb? - Video
-
Kriminal20 Noyabr 19:10DTX-dən terror qruplaşmasının üzvlərinə qarşı əməliyyat: İki nəfər saxlanıldı - Foto
-
Nida Xəbər 20 Noyabr 15:28Mehriban Əliyeva Vyetnamın vitse-prezidenti ilə görüşdü - FOTOLAR













.jpg)


.jpg)

















.png)

