Hadisə
Narkotikin təsirində olan sürücü və qadın sərnişinlər saxlanıldı
Bakı-Şamaxı-Yevlax yolunun Qobustan şəhəri ərazisindən keçən hissəsində “Toyota” markalı avtomobilin sürücüsü Elnur Əzimov qayda pozuntusuna yol verdiyi üçün YPX əməkdaşları tərəfindən saxlanılıb.
Bu barədə Publika.az-a Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib.
Məlumata görə, sürücünün, eləcə də avtomobildə olan iki qadın sərnişinin narkotik vasitənin təsiri altında olmalarına əsaslı şübhələr yarandığından onların tibbi müayinədən keçməsi təmin edilib və fakt təsdiqini tapıb.
Bununla yanaşı, avtomobilində narkotik vasitə olmasını etiraf edən E.Əzimov və sərnişinləri barədə qanunamüvafiq tədbirlər görülməklə, toplanmış materiallar Qobustan rayon məhkəməsinə göndərilib.
Məhkəmənin qərarı ilə hər üç şəxs məsuliyyətə cəlb olunub, o cümlədən E.Əzimov sürücülük hüququ məhdudlaşdırılmaqla 1 ay müddənə inzibati həbs edilib.
Baş Dövlət Yol Polisi İdarəsi bir daha narkotik vasitələrin təsiri altında sükan arxasına əyləşərək günahsız insanların həyatını təhlükəyə atan şəxslərdən hüquqazidd əməllərə son qoymağı tələb edir və bu kimi hallara qarşı daha kəsərli tədbirlərin görüləcəyini bildirir.
-
MDB09:12Rusiya od içində: Ukrayna PUA-ları Moskva Neft Emalı Zavoduna çatdı
-
Rəsmi xronika09:04Bakıda mühüm tədbir: İlham Əliyev iştirak edir - Canlı
-
Nəqliyyat08:49Bakıda taksi sürücülərinin gizli oyunu - Bunu istəsələr, etməyin!
-
Hadisə07:35Zəhranın öldüyü qəzada sürücünü hansı cəza gözləyir?
-
Sosial02:44Bakı səmasında möhtəşəm hilal görüntüsü - Foto
-
Qoroskop00:45Günün ulduz falı: gələn təkliflər yeni qapılar açacaq
-
Hadisə17 İyun 21:39Qızı faciəli şəkildə ölən tanınmış vəkil danışdı - Mən o videoya baxdım...
-
ABŞ17 İyun 21:13"Arthur" yaxınlaşır - Cümə günü faciə törədəcək










.jpg)




.jpg)







.jpg)








