Hadisə
Ərinin xəyanətini ifşa etdi, özü cəzalandırıldı: Qalmaqallı məhkəmə qərarı
Çinli bir qadın sosial şəbəkələrdə həyat yoldaşını xəyanətdə ittiham edən paylaşımlarına görə açıq şəkildə üzr istəməyə məcbur edilib.
Publika.az xəbər verir ki, bu barədə "South China Morning Post" məlumat yayıb.
Çinin Henan əyalətindən olan Nyu Na adlı qadın ərinin ona xəyanət etdiyini iddia edərək onu cəzalandırmaq qərarına gəlib. O, sosial şəbəkələrdə həyat yoldaşı və onun məşuqəsinin ünvanına istehzalı şərhlərlə paylaşımlar edib. Qadın yalnız xəyanət faktını təsvir etməklə kifayətlənməyib, eyni zamanda ərinin işlədiyi müəssisənin adını açıqlayıb və onun şəxsi həyatına dair digər məlumatları da yayıb.
Bundan hiddətlənən ər məhkəməyə müraciət edib və məhkəmə kişinin xeyrinə qərar çıxarıb. Nəticədə qadının qarşısında 15 gün ərzində sosial şəbəkələrdə üzrxahlıq paylaşımları yerləşdirmək şərti qoyulub. Maraqlısı odur ki, qadının yazacağı üzrxahlıq mətnləri paylaşılmazdan əvvəl məhkəmə tərəfindən yoxlanılmalıdır.
Nəticədə qadın ərinin də, onun məşuqəsinin də qarşısında açıq şəkildə üzr istəməli olub, çünki məhkəmə işi hər iki şəxsin nüfuzunun qorunmasına üstünlük verib.
Qalmaqal məhkəmə prosesi ilə məhdudlaşmayıb. Hadisə geniş rezonans doğurduqdan sonra kişinin işəgötürəni onu müvəqqəti olaraq işdən kənarlaşdırıb.
Adəm

-
Sosial13:06Sabah 33 dərəcə isti olacaq
-
Region12:02Türkiyə-Ermənistan sərhədi açılır? – Ankaradakı mənbə ruslara deyib ki...
-
İdman11:17ÇL-in finalında həlledici penaltini vuran ulduzun uğur mələyi - FOTOLAR
-
Dünya10:30Trampın kürəkəninin milyardlıq layihəsi bu ölkəni qarışdırdı: "Flaminqo üsyanı" başladı
-
ABŞ10:00Tramp müsahibə zamanı qəzəbləndi: Aparıcıya "əxlaqsızsan" deyib, verilişi tərk etdi
-
İdman09:48DÇ-2026-dan öncə qalmaqal: Özbəklərlə cinayətkarlar kimi davrandılar - VİDEO
-
Sosial08:37Bakının mərkəzinə axışıblar – Qanun var, amma yığıb-yığışdırmaq olmur!
-
ABŞ08:10Tramp NBA finalında fitə basıldı - Azarkeşlə polis arasında toqquşma









.jpg)



.png)


.jpg)





















