İdman
İngiltərə futbolundan məyus olmuşam - Qvardiola
"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola "Çelsi" ilə İngiltərə Kuboku finalından əvvəl zarafat edib.
İspaniyalı məşqçi "Uembli"də 24-cü oyununu keçirəcək. Oyun 16 may şənbə günü Bakı vaxtı ilə saat 18:00-da keçiriləcək.
Publika.az xəbər verir ki, Qvardiolanın sözləri "Mançester Siti"nin rəsmi saytında yer alıb:
"İngiltərə futbolundan məyus olmuşam, hələ də tribunaya mənim adım qoyulmayıb! (gülümsəyir) Mən orada dəfələrlə olmuşam – heç olmasa bir boksa və ya hansısa VIP zonaya mənim adımı verə bilərlər. Bəlkə də ora daha 24 dəfə gedərəm. Bu, həqiqətən də xüsusi bir yerdir.
Hər şey "Barselona"da, ilk Çempionlar Liqasını qazandığımız zaman başladı. Daha sonra "Barselona"nın baş məşqçisi kimi "Mançester Yunayted"lə oyun gəldi. Və burada, "Mançester Siti" ilə daim ora çatırıq: yarımfinallar, finallar, qələbələr, məğlubiyyətlər, yenə qələbələr".
-
Nəqliyyat22:35İldırımlı havaya görə AZAL-ın bu uçuşları LƏĞV OLUNDU
-
Magazin222:12Ali Ağaoğlu 72 yaşında 6-cı dəfə ata olacaq
-
Magazin221:00Türkiyədə daha 8 məşhurun BAŞI DƏRDDƏ
-
Sosial19:24Sabiq başçının oğluna aldığı "Range Rover" BU QİYMƏTƏ SATILDI
-
Kriminal19:12Əvvəl xalası oğlunu bıçaqladı, sonra arvadını öldürdü - Dəhşətli qətlin TƏFƏRRÜATI
-
Dünya17:35ABŞ və İran arasında müharibə bu tarixdə yenidən alovlana bilər - Patrik Uolş
-
MDB16:54Rusiya Ermənistana nota verdi
-
Sosial15:56"WhatsApp"da yeni funksiya: Bir dəfə oxunan mesajlar





































