Hadisə
Goranboyda dəhşətli qətl - Qazi saxlanıldı
Goranboy rayonunda bir gündə iki qadının bıçaqlanması ilə nəticələnən ağır cinayət hadisəsi baş verib.
Publika.az Teleqraf-a istinadən xəbər verir ki, hadisə rayonun Fəxralı kəndində qeydə alınıb. İlkin məlumata görə, 1963-cü il təvəllüdlü Zoya Əhmədova və 1995-ci il təvəllüdlü Jalə Yolçuzadə bıçaq xəsarətləri alıb.
Hadisə zamanı Zoya Əhmədova aldığı xəsarətlərdən dünyasını dəyişib. Digər zərərçəkən isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Cinayəti törətməkdə 1987-ci il təvəllüdlü Vəliyev Emin Xaləddin oğlunun şübhəli olduğu bildirilir. Məlumata görə, o, ölən qadının oğludur. Ağır xəsarət alan 1995-ci il təvəllüdlü Jalə Yolçuzadənin isə şübhəli şəxsin həyat yoldaşı olduğu qeyd olunur. Zərərçəkən qadının iki uşaq anası olduğu bildirilir.
Qeyd edilir ki, hadisəni törətməkdə şübhəli bilinən şəxsin psixoloji problemləri var. Məlumata görə o, qazidir.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. Hadisənin təfərrüatları dəqiqləşdirilir.
-
ABŞ08:30Dünyanın ən fəal terrorçusu məhv edildi - Tramp detalları açıqladı
-
ABŞ08:15ABŞ və İsrail İrana hücumları bərpa edəcək - Bu tarixdə
-
Sağlamlıq06:46Qıtlıq olacaq: Hansı dərmanlar tapılmayacaq?
-
Qoroskop01:20Günün ulduz falı: romantik anlar yaşanacaq
-
Sosial15 May 23:35Azərbaycanda pensiyalarla bağlı yenilik
-
Sosial15 May 22:04Bu qadağanı pozanları həm inzibati, həm də cinayət məsuliyyəti gözləyir - Xəbərdarlıq
-
Sosial15 May 20:48Bakıda yeni park salınır: 49,5 milyon manata başa gələcək - Bəzi tikililər söküləcək
-
İnanc15 May 20:12Bayram namazının vaxtı açıqlandı
































.jpg)



