Hadisə
Yaşlı qadını aldadan su idarəsinin "əməkdaşı" həbs olundu
Bakıda özünü su idarəsinin əməkdaşı kimi qələmə verib, yaşlı ev sahibini aldadan şəxs həbs olunub.
Publika.az "Qaynarinfo"ya istinadən xəbər verir ki, hadisə bir neçə gün əvvəl paytaxtın Binəqədi rayonunda baş verib.
Belə ki, 1991-ci il təvəllüdlü Şamil Əfəndiyev saat 15:30-da evin qapısını döyərək, özünü su idarəsinin işçisi kimi təqdim edib və evin yaşlı sakini Raisə adlı qadına sayğacın xarab olduğunu, bu səbəbdən artıq pul yazdığını və dəyişdirilməli olduğunu deyib. Bundan sonra isə ona 500 manat pul qaytarılacağını bildirib.
O, sayğacın dəyişdirilməsi üçün 240 manat pul istəyib. Qadın isə ona inanıb, xırda pulu olmadığına görə 300 manat verib. Həmin şəxs pulu xırdalamaq adı ilə həyətə düşərək ərazini tərk edib.
Onun zərərçəkmiş qadının "Nokia" markalı mobil telefonunu oğurlayıb getdiyi də məlum olub.
Dərhal hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin "102" xidmətinə və Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Şöbəsinə məlumat verilib və faktla bağlı araşdırma başlayıb.
Təqsirləndirilən şəxs saxlanılaraq, məhkəmə qarşına çıxarılıb. Məhkəmənin hökmü ilə Şamil Əfəndiyev İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib və 3 ay müddətə həbs edilib.
-
Hadisə18:00Yaşlı qadını aldadan su idarəsinin "əməkdaşı" həbs olundu
-
Region17:33İranda güclü partlayışlar oldu, ölənlər var
-
Magazin117:23Məşhur müğənni dələduzluqla üzləşdi
-
Magazin216:55Narkotik əməliyyatında Enes Batur, Ecenaz Üçer, Çağrı Taner və Yaren Alaca da saxlanıldı
-
Tarix15:43Azərbaycanda qədim karvansaray aşkarlandı - FOTO
-
Hadisə14:31Sumqayıtda qızılları götürüb qaçan şəxs tutuldu - VİDEO
-
Sağlamlıq13:11Uşaq qidalarında gizli risklər - Ucuz və ya baha olmasından asılı olmayaraq...
-
Sağlamlıq12:33Görün Azərbaycanda bir ildə neçə ton saqqız çeynənilir – Faydası nədir, ziyanı nə?







.jpg)








.jpg)














.jpg)






