Hadisə
Bakıda şok olay: "Kameralara baxanda dəhşətə gəldik" - Video
Bakıda ana öz azyaşlı övladına qarşı qeyri-insani rəftar nümayiş etdirib. Gecə saatlarında qızını küçənin ortasında tərk edən qadın uşağa təkbaşına sığınacağa getməsini tapşıraraq ərazidən uzaqlaşıb.
Publika.az Baku.TV-yə istinadən xəbər verir ki, hadisə gecə saat 1 radələrində baş verib. Sığınacaqdan təxminən 200-300 metr aralıda anası tərəfindən tərk edilən azyaşlı qız qaranlıq küçələrlə təkbaşına hərəkət edərək sığınacağın qapısına qədər gəlib çıxa bilib.
Sığınacağın əməkdaşları uşağı qarşıladıqdan sonra dərhal ətraf ərazidə ananı axtarsalar da, onu tapmaq mümkün olmayıb. Sığınacaq rəsmiləri baş verən hadisənin böyük stres və həyəcan yaratdığını bildiriblər:
"Uşaq təkbaşına gəlib sığınacağa. O, yolu tapmaya bilərdi, kimsə onu qaçıra bilərdi və ya qaranlıq küçədə başına başqa bir iş gələrdi. Kameralara baxanda dəhşətə gəlirik ki, bu uşaq necə gəlib bura çıxıb? Bu hərəkətin heç bir bəhanəsi ola bilməz".
Hazırda faktla bağlı araşdırma aparılır və uşağı təhlükədə qoyan valideynin müəyyən edilməsi istiqamətində işlər görülür.
-
ABŞ09:27"Air Force One" qalmaqalı böyüyür - Trampa hücum təhlükəsi yaranıbmış
-
Ekopublika.az07:55Vətəndaşlara kreditlərlə bağlı şad xəbər
-
Elm və təhsil07:35Dövlət dəstəyi alacaq özəl bağçalar necə seçiləcək? - Detallar
-
MDB07:15Putinə yeni döyüş təyyarələri təqdim olundu
-
Region02:19Məşhur Möhsünü onlar öldürüblərmiş - Nazir 17 illik sirri açdı
-
Dünya02:00Səudiyyə Ərəbistanı Yəmənə hava zərbələri endirdi
-
Magazin100:27Əməkdar artisti ilan sancdı - Vəziyyəti necədir?
-
Hadisə24 İyul 21:17Kənar Dairəvi yolda otluq ərazidə yanğın - Yeniləndi



































