Hadisə
İki rayonda canavarlar təsərrüfatlara hücum etdi - Video
Lənkəran və Masallı rayonlarının bir neçə kəndində canavarların hücumları sakinlər arasında ciddi narahatlıq yaradıb.
Publika.az Teleqraf-a xəbər verir ki, son günlər vəhşi heyvanlar əsasən Lənkəran rayonunun Zövlə, Masallı rayonunun Mollon və Mahmudavar kəndlərində təsərrüfatlara hücum ediblər.
Canavarlar mal-qaraya və atlara hücum edərək bəzi heyvanları parçalayıblar.
Kənd sakinlərinin sözlərinə görə, vəziyyət artıq qorxulu həddə çatıb. Valideynlər övladlarını məktəbə tək göndərməyə çəkinir, axşam saatlarında isə kənddə hərəkət demək olar ki, məhdudlaşıb. Sakinlər məcbur qalaraq əllərinə balta, yaba və digər alətlər götürüb növbə ilə kənd ətrafında keşik çəkməyə başlayıblar.
Hadisələr nəticəsində vətəndaşlara xeyli maddi ziyan dəyib. Zərərçəkənlər aidiyyəti qurumlara müraciət edərək canavarların yaşayış məntəqələrindən uzaqlaşdırılması və təhlükəsizlik tədbirlərinin gücləndirilməsini xahiş edirlər.
-
Magazin100:27Əməkdar artisti ilan sancdı - Vəziyyəti necədir?
-
Hadisə24 İyul 21:17Kənar Dairəvi yolda otluq ərazidə yanğın - Yeniləndi
-
ABŞ24 İyul 20:24Bunu etsəydilər, onlar üçün çox pis nəticələri olardı - Tramp Rusiya və Çini hədələdi
-
Elm və təhsil24 İyul 19:4029 şagirdin oxuduğu məktəblə bağlı iddiaya cavab verildi
-
Ekologiya24 İyul 18:50Nazirlikdən yanğın təhlükəsi ilə bağlı əhaliyə müraciət
-
Sosial24 İyul 18:2049 mindən çox içkinin tarixinin dəyişdirildiyi aşkarlandı - Foto
-
İdman24 İyul 16:33Ukraynalı rusun toyunda oynadı, ara qarışdı - Bəyanat yaydı
-
Nida Xəbər 24 İyul 14:38Baş nazir qərar imzaladı














.jpg)























