Hadisə
Göyçayda üç avtomobil toqquşdu: xəsarət alan var
Göyçayda zəncirvarı yol qəzası baş verib. Hadisə gecə saatlarında Göyçay–Bərgüşad avtomobil yolunun rayonun Türkmən kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Publika.az xəbər verir ki, üç minik avtomobilinin iştirakı ilə baş verən yol qəzası zamanı bir nəfər xəsarət alaraq avtomobildə sıxılmış vəziyyətdə qalıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb edilib. Xüsusi alət və avadanlıqların köməyi ilə əzilmiş metal konstruksiya kəsilərək sürücü xilas olunub və Göyçay Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Hadisə yerinə Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları da cəlb olunub. Qəzaya uğramış avtomobillər yolun hərəkət hissəsindən kənarlaşdırılıb, digər hərəkət iştirakçılarının təhlükəsiz hərəkəti bərpa edilib.
Faktla bağlı araşdırma aparılır.
-
Magazin100:27Əməkdar artisti ilan sancdı - Vəziyyəti necədir?
-
Hadisə24 İyul 21:17Kənar Dairəvi yolda otluq ərazidə yanğın - Yeniləndi
-
ABŞ24 İyul 20:24Bunu etsəydilər, onlar üçün çox pis nəticələri olardı - Tramp Rusiya və Çini hədələdi
-
Elm və təhsil24 İyul 19:4029 şagirdin oxuduğu məktəblə bağlı iddiaya cavab verildi
-
Ekologiya24 İyul 18:50Nazirlikdən yanğın təhlükəsi ilə bağlı əhaliyə müraciət
-
Sosial24 İyul 18:2049 mindən çox içkinin tarixinin dəyişdirildiyi aşkarlandı - Foto
-
İdman24 İyul 16:33Ukraynalı rusun toyunda oynadı, ara qarışdı - Bəyanat yaydı
-
Nida Xəbər 24 İyul 14:38Baş nazir qərar imzaladı














.jpg)























