Hadisə
Milli Məclisin sabiq deputatı Türkiyədə vəfat etdi - FOTO
Azərbaycan Respublikası Milli Məclisinin sabiq deputatı Mahir Aslanov vəfat edib.
Publika.az Editor.az-a istinadən xəbər verir ki, sabiq millət vəkili Türkiyənin İzmir şəhərində yerləşən “Medicana” xəstəxanasında ağır ürək əməliyyatına daxil olub.
Lakin əməliyyat zamanı onun həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, Mahir Aslanov 1949-cu il noyabrın 22-də Naftalan şəhərində anadan olub. Bitərəf deputat olan Mahir Aslanov Milli Məclisin Aqrar siyasət komitəsinin üzvü olub. O, Azərbaycan–Əfqanıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, həmçinin Belçika, Bolqarıstan, Finlandiya, Gürcüstan və Özbəkistan parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvü kimi fəaliyyət göstərib.
Mahir Aslanov 2010-2020-ci illərdə iki çağırış Milli Məclisin deputatı olub.
Ailəli idi, 3 övladı var.
-
Hadisə21:17Kənar Dairəvi yolda otluq ərazidə yanğın - Yeniləndi
-
ABŞ20:24Bunu etsəydilər, onlar üçün çox pis nəticələri olardı - Tramp Rusiya və Çini hədələdi
-
Elm və təhsil19:4029 şagirdin oxuduğu məktəblə bağlı iddiaya cavab verildi
-
Ekologiya18:50Nazirlikdən yanğın təhlükəsi ilə bağlı əhaliyə müraciət
-
Sosial18:2049 mindən çox içkinin tarixinin dəyişdirildiyi aşkarlandı - Foto
-
İdman16:33Ukraynalı rusun toyunda oynadı, ara qarışdı - Bəyanat yaydı
-
Nida Xəbər 14:38Baş nazir qərar imzaladı
-
Rəsmi xronika13:47Prezident Özbəkistana yeni səfir təyin etdi












.jpg)

























