Hadisə
Şuşada narkotik əkən şirkət əməkdaşı ifşa olundu
Şuşada narkotik əkən şirkət əməkdaşı məsuliyyətə cəlb olunub.
Publika.az Teleqraf-a istinadən xəbər verir ki, cinayət əməlini Şuşada tikinti işləri aparan “Protean Construction” MMC-də qəlibçi kimi çalışan C.A törədib.
Belə ki, polisin təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində onun müvəqqəti yaşadığı fərdi yaşayış evinə baxış keçirilib və yatdığı çarpayının altından həmin narkotik vasitə aşkar edilərək götürülüb. Bundan başqa o, müvəqqəti yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsində istintaqa məlum olmayan vaxtda 3 ədəd təmiz çəkisi 4,08 qram, 13,02 qram, 29,27 qram olmaqla ümumilikdə təmiz çəkiləri 46,37 qram təşkil edən qanunsuz olaraq tərkibində narkotik maddələr olan çətənə bitkilərini xeyli miqdarda əkib, yetişdirib, kultivasiya edib.
Təqsirləndirilən şəxs ifadəsində çətənə kolunu Xocalı rayonu ərazisində yerləşən “Azpetrol” yanacaqdoldurma məntəqəsinin yaxınlığında gördüyünü, həmin çətənə kolunun yarpaqlarını yığaraq şəxsi istifadə üçün Şuşaya apardığını deyib. Bundan başqa, o, 9 ədəd çətənə kolunun toxumunu özü ilə götürərək Şuşada yaşadığı evin həyətində əkdiyini etiraf edib.
Qeyd edək ki, məhkəmənin qərarı ilə CM-nin 234.1 və 237.1-ci maddələri üzrə təqsirləndirilən şəxsin azadlığı 2 il 6 ay müddətinə məhdudlaşdırılıb.
-
Rəsmi xronika13:00Prezident toxumçuluqla bağlı fərman imzaladı
-
Hadisə10:20Kəlbəcərdə mina partlayışında xəsarət alan şəxsin ayağı amputasiya olundu - YENİLƏNDİ
-
Dünya10:15Kiyev Vaşinqtona yeni səfir tapa bilmir - Zelenskinin namizədləri niyə geri çəkilir?
-
Yaxın Şərq09:33ABŞ İrandan əl çəkmir: Vaşinqton blokadanı sonsuza qədər davam etdirəcək
-
İdman08:12Yeddi ay komada qalan boksçu vəfat etdi - FOTO
-
Magazin206:16Qızı ilə çimərlik geyimində poza verdi - FOTOLAR
-
İdman05:15Ronaldo toyundan sonra saçlarını kürən rəngə boyadı - FOTO
-
ABŞ02:12Bill Qeytsin qızı 20 il həbsdə yata bilər - Görün nə edib














.jpg)
























