Hadisə
Səs-küylü cinayət: Valentina Tereşkovanın qızını...
Dünya şöhrətli sovet kosmonavtları Valentina Tereşkova və Andriyan Nikolayevin qızı Yelena Tereşkovanın Moskva vilayətindəki evinə basqın edilib.
Publika.az xəbər verir ki, bu barədə məlumatı "REN TV" yayıb.
Məlumata görə, soyğunçular bir neçə gün əvvəl Tereşkovanın evinə daxil olublar. Onlar evdən su qızdırıcısı, qaz balonu, "stabilizator" (gərginlik tənzimləyicisi-red.) və üç ədəd radiator oğurlayaraq qaçıblar.
İlkin qiymətləndirməyə görə, ailəyə dəyən maddi ziyanın məbləği 70 min rubl (təxminən 1300 manat) civarındadır.
Faktı Yelenanın həyat yoldaşı Andrey Rodionov da təsdiqləyib.
Hazırda hüquq-mühafizə orqanları hadisəni törədən şəxslərin axtarışını davam etdirir.
Müəllif: Adəm
-
Rəsmi xronika13:00Prezident toxumçuluqla bağlı fərman imzaladı
-
Hadisə10:20Kəlbəcərdə mina partlayışında xəsarət alan şəxsin ayağı amputasiya olundu - YENİLƏNDİ
-
Dünya10:15Kiyev Vaşinqtona yeni səfir tapa bilmir - Zelenskinin namizədləri niyə geri çəkilir?
-
Yaxın Şərq09:33ABŞ İrandan əl çəkmir: Vaşinqton blokadanı sonsuza qədər davam etdirəcək
-
İdman08:12Yeddi ay komada qalan boksçu vəfat etdi - FOTO
-
Magazin206:16Qızı ilə çimərlik geyimində poza verdi - FOTOLAR
-
İdman05:15Ronaldo toyundan sonra saçlarını kürən rəngə boyadı - FOTO
-
ABŞ02:12Bill Qeytsin qızı 20 il həbsdə yata bilər - Görün nə edib













.jpg)
























