Hadisə
Həmin ərazidə sürüşmə daha da genişləndi: “Ərzaq qıtlığıdır” - Video
Aramsız yağışlar səbəbindən sürüşməyə məruz qalan Quba-Qonaqkənd yolunda torpaq sürüşməsi daha da genişlənib.
Publika.az xəbər verir ki, artıq sürüşmə sahəsinin eni 4-5 kilometrə çatıb.
Sakinlər rayon mərkəzinə getmək üçün sürüşmə sahəsinə qədər avtomobillə gəlir, daha sonra yolu piyada davam etdirməyə məcbur qalırlar.
Qonaqkənd sakinləri mağazalarda ərzaq qıtlığının yaranacağından narahatdırlar.
“Hazırda mağazalarımızda bir qram un yoxdur, qıtlıqdır, ərzaq yoxdur. Yola görə belədir. Yaxşı olar ki, bir çarə qılsınlar”, - deyə sakin qeyd edib.
Hadisə ilə əlaqədar aidiyyəti qurumların rəhbər şəxsləri əraziyə baxış keçiriblər. Artıq Qonaqkənd istiqamətində alternativ yolun çəkilişinə başlanılıb.
Yeni yol sürüşmənin baş verdiyi 41-ci kilometrdən başlayaraq köhnə Qonaqkənd yolu istiqamətində təxminən 6 kilometr məsafəni əhatə edəcək.
“Rayonumuzun 4 inzibati ərazi darəsinin 25 yaşayış məntəqəsinin rayon mərkəzi ilə əlaqəsi bu hissədə tamamilə kəsilib. Həmin məntəqələrdə 11 min nəfərə qədər əhali yaşayır. Artıq alternativ yolun çəkilişinə başlanılıb”, - deyə bildirilib.
Onu da qeyd edək ki, Quba-Qonaqkənd yolunun 42-ci kilometrliyindən əlavə, təxminən 2 kilometr aralıda daha bir ərazidə sürüşmə aktivləşib. Kəndlərdə elektrik və rabitə təminatı bərpa edilib. Hazırda yalnız qaz təchizatı və nəqliyyat əlaqəsində problem qalmaqdadır.
Daha ətraflı “Xəzər TV”nin süjetində:
-
Rəsmi xronika13:00Prezident toxumçuluqla bağlı fərman imzaladı
-
Hadisə10:20Kəlbəcərdə mina partlayışında xəsarət alan şəxsin ayağı amputasiya olundu - YENİLƏNDİ
-
Dünya10:15Kiyev Vaşinqtona yeni səfir tapa bilmir - Zelenskinin namizədləri niyə geri çəkilir?
-
Yaxın Şərq09:33ABŞ İrandan əl çəkmir: Vaşinqton blokadanı sonsuza qədər davam etdirəcək
-
İdman08:12Yeddi ay komada qalan boksçu vəfat etdi - FOTO
-
Magazin206:16Qızı ilə çimərlik geyimində poza verdi - FOTOLAR
-
İdman05:15Ronaldo toyundan sonra saçlarını kürən rəngə boyadı - FOTO
-
ABŞ02:12Bill Qeytsin qızı 20 il həbsdə yata bilər - Görün nə edib














.jpg)
























