Hadisə
6 kiloqramdan çox narkotik vasitə dövriyyədən çıxarıldı - FOTO
Xəzər Rayon Polis İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbiri zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 31 yaşlı Sənan Muxtarov saxlanılıb.
Bu barədə Publika.az-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib.
Məlumata görə, araşdırma zamanı ondan ümumilikdə 6 kiloqram 765 qram həşiş və marixuana aşkarlanaraq götürülüb.
Müəyyən edilib ki, saxlanılan şəxs narkotik vasitələri satış məqsədilə əldə edib.
Faktla bağlı cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə S.Muxtarov barəsində həbs qətimkan tədbiri seçilib.
Polis əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat tədbirləri davam etdirilir.

-
Sosial14:54Zeynəb Xanlarova əməliyyat olundu
-
Hadisə13:20Masazırda dəhşətli qəza: Ölən və xəsarət alanlar var - YENİLƏNDİ/VİDEO
-
Magazin212:36Ciqan xidmətçiləri girov götürdü, öz mühafizəçisini yaraladı
-
Rəsmi xronika12:30İlham Əliyev İsveçin Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul etdi
-
Hadisə11:42Bakıda avtobus qəzaları - GÖRÜNTÜLƏR
-
İqtisadi gündəm10:38Qara metallurgiyada dəmir yolu yükdaşıma tariflərinə güzəşt ediləcək
-
Rəsmi xronika10:13Prezident sərəncam imzaladı
-
Nida Xəbər 09:30Bakıdan İrəvana qayıdan Kristine Qriqoryan jurnalistlərə nə deyib?






































