Hadisə
Qadın bilib otağına çağırdı, cinsiyyəti uyğun gəlmədi: Turistin "trans kabusu" - FOTOLAR
Taylandın məşhur kurort şəhəri olan Pattayada avstraliyalı turistin başına gələnlər yerli medianın gündəmini zəbt edib. 45 yaşlı kişi qadın hesab etdiyi iki trans-yeniyetmə tərəfindən həm fiziki xəsarətə məruz qalıb, həm də qarət edilib.
Publika.az "Pattaya Mail" nəşrinə istinadən xəbər verir ki, avstraliyalı turist 16 və 17 yaşlı iki şəxsi qadın zənn edərək məskunlaşdığı otel otağına dəvət edib. Lakin otaqda onların əsl kimliyini öyrəndikdən sonra tərəflər arasında mübahisə düşüb.
Münaqişə zamanı yeniyetmələrdən biri turisti vanna otağına itələyərək kəsici alətlə ona xəsarət yetirib. Daha sonra cinayətkarlar zərərçəkmişin 6 min Avstraliya dollarını (təxminən 6700 manat) oğurlayaraq hadisə yerindən qaçıblar.
Yaralı turist dərhal tibbi yardım alaraq polisə müraciət edib. Hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat nəticəsində şübhəlilər ertəsi gün saxlanılıb. Onların üzərindən cinayət aləti olan qayçı və oğurlanmış pullar tapılaraq müsadirə edilib.
Saxlanılan şəxslər əməllərini etiraf ediblər. Onlara qarşı silahlı soyğunçuluq və qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən cinayət törətmə maddələri ilə ittiham irəli sürülüb.
Müəllif: Adəm
-
Sosial14:54Zeynəb Xanlarova əməliyyat olundu
-
Hadisə13:20Masazırda dəhşətli qəza: Ölən və xəsarət alanlar var - YENİLƏNDİ/VİDEO
-
Magazin212:36Ciqan xidmətçiləri girov götürdü, öz mühafizəçisini yaraladı
-
Rəsmi xronika12:30İlham Əliyev İsveçin Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul etdi
-
Hadisə11:42Bakıda avtobus qəzaları - GÖRÜNTÜLƏR
-
İqtisadi gündəm10:38Qara metallurgiyada dəmir yolu yükdaşıma tariflərinə güzəşt ediləcək
-
Rəsmi xronika10:13Prezident sərəncam imzaladı
-
Nida Xəbər 09:30Bakıdan İrəvana qayıdan Kristine Qriqoryan jurnalistlərə nə deyib?






































