Hadisə
Kamboca cəngəlliyində dəhşət: Rusiyalı məşhur aşpaz ölüm ayağında tapıldı - FOTO
Kambocanın cəngəllik ərazisində yerli sakinlər taqətdən düşmüş vəziyyətdə olan rusiyalı kişiyə rast gəliblər. Məlum olub ki, o, Omskdan olan keçmiş şef-aşpaz, 38 yaşlı Aleksey Koroteyevdir.
Publika.az xəbər verir ki, bu barədə "Kp.ru" saytı məlumat yayıb.
Bildirilib ki, Koroteyev yerli sakinlərdən kömək istəyib. O, təcili şəkildə xəstəxanaya çatdırılıb. Hazırda vəziyyəti ilə bağlı dəqiq məlumat verilmir.
Aleksey Koroteyev Rusiyanın Barnaul şəhərində anadan olub, uzun illər Omsk şəhərində yaşayıb və çalışıb. O, şəhərin Milli Şef-Aşpazlar Gildiyasının üzvü olub. Sosial şəbəkə hesablarında tez-tez hazırladığı yeməklərin fotolarını paylaşırdı. Dəniz məhsullarından hazırlanan delikateslər, klassik rus mətbəxi və müxtəlif desertlər onun paylaşımlarında üstünlük təşkil edirdi.
Bir müddət sonra isə aşpaz həyat tərzini tamamilə dəyişib. O, Kambocaya köçərək motosikletlə Vyetnam sərhədindən Tailandadək bütün sahilboyu əraziləri gəzib. Təbiət və dəniz mənzərələrini çəkərək bloqunda paylaşırdı.
Mart ayının əvvəlindən etibarən isə onun sosial şəbəkə hesablarında paylaşım olmayıb. Son görüntülərində kiçik hamakda gecələdiyini göstərən Koroteyev daha sonra yoxa çıxıb.
Məhz həmin hamakın və yaxınlıqda qurduğu daxmanın yanında onun halsız vəziyyətdə tapıldığı bildirilir. Rusiyalı aşpazın neçə gün tək və ac qaldığı isə hələ məlum deyil.
Müəllif: Adəm
-
Sosial14:54Zeynəb Xanlarova əməliyyat olundu
-
Hadisə13:20Masazırda dəhşətli qəza: Ölən və xəsarət alanlar var - YENİLƏNDİ/VİDEO
-
Magazin212:36Ciqan xidmətçiləri girov götürdü, öz mühafizəçisini yaraladı
-
Rəsmi xronika12:30İlham Əliyev İsveçin Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul etdi
-
Hadisə11:42Bakıda avtobus qəzaları - GÖRÜNTÜLƏR
-
İqtisadi gündəm10:38Qara metallurgiyada dəmir yolu yükdaşıma tariflərinə güzəşt ediləcək
-
Rəsmi xronika10:13Prezident sərəncam imzaladı
-
Nida Xəbər 09:30Bakıdan İrəvana qayıdan Kristine Qriqoryan jurnalistlərə nə deyib?






































