Hadisə
Burun əməliyyatının ağır fəsadı: Məşhur klinika təzminat ödəyəcək - FOTO
Sumqayıt şəhərində yerləşəna "Liman" klinikası qüsurlu əməliyyata görə pasiyentə təzminat ödəyəcək.
Publika.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, məhkəmə buna dair qərar qəbul edib.
İş üzrə iddiaçı Nuridə Zülfüqarovadır. Zülfüqarova 2024-cü ildə "Liman"da cərrah Əfqan Ağagülov tərəfindən burun əməliyyatı olunub. Lakin əməliyyatdan sonra onun sol gözündə çəplik yaranıb.
Sonradan prokurorluqda araşdırma aparılsa da, yekunda cinayət işinin başlanmasından imtina edilib. Lakin məhkəmə-tibb ekspertizası əməliyyatın qüsurlu aparıldığını təsdiq edib.
Fotoda Əfqan Ağagülov

İddiaçının vəkili Anar Məmişov ekspert rəyini də məhkəməyə təqdim edib. Bundan əlavə, vəkil əməliyyatdan sonra çəkilən xərcləri də sadalayıb. İddiaçı tərəf dəymiş zərərin əvəzi kimi konkret olaraq "Liman" klinikasından və cərrah Əfqan Ağagülovdan 40 min manat maddi, 10 min manat mənəvi təzminat tələb edib.
Cavabdehlər isə təzminat tələbi ilə razılaşmayıb. Əfqan Ağagülovun sözlərinə görə, iddiaçı əməliyyatdan sonra düzgün müalicə olunmayıb, dərmanları qəbul etməyib. Bu səbəbdən də sonradan gözündə qüsur ortaya çıxıb.

Sumqayıt Şəhər Məhkəməsi yekunda iddia ərizəsini qismən təmin edib. Qərara əsasən, "Liman Qrup" MMC iddaçıya maddi zərərə görə 28 574 manat, mənəvi zərərə görə isə 3 000 manat ödəməlidir. Həkim Əfqan Ağagülova qarşı iddia isə təmin edilməyib. Məhkəmə qeyd edib ki, həkim klinikanın işçisi olduğundan vurulmuş zərərə görə məsuliyyəti işəgötürən daşıyır.
Bu qərar apellyasiya və ali instansiya məhkəmələrində təsdiqlənib.
-
İKT03:43Məşhur ödəniş sistemi "App Store"dan SİLİNDİ
-
Sosial01:41Bu gün 3 rayon işıqsız qalacaq
-
İdman00:45Ronaldo on illik münasibətdən sonra evləndi - FOTO
-
İKT00:30"SpaceX" bu ölkəni "Starlink" rabitə bölgəsindən çıxardı
-
Magazin200:15Bir bölümdən görün nə qədər qazanacaqlar
-
Qoroskop00:00Günün ULDUZ FALI - Romantik həyatınızda isə xoş sürprizlər gözlənilir
-
İdman11 Avqust 23:48"Sabah"ın pley-off mərhələsindəki rəqibi müəyyənləşdi
-
İdman11 Avqust 23:31“Barsa” təsdiqlədi: Çarpaz bağ cırılıb











.jpg)













.jpg)










