Hadisə
Xarkovda ölən azərbaycanlı tələbə dəfn edildi - FOTO
Rusiyanın Ukraynanın Xarkov şəhərinə hava hücumu nəticəsində həlak olan 23 yaşlı azərbaycanlı tələbə Fatimə Hüseynova Kürdəmirdə dəfn olunub.
Publika.az "Report"a istinadən xəbər verir ki, ötən gün Azərbaycana gətirilən mərhumun nəşi bu gün səhər saatlarında ata ocağı olan Kürdəmirin Ərəbqubalı kəndində ailəsinə təhvil verilib.
Kənddə mərhumla vida mərasimi keçirilib və cənazə namazı qılınıb.
Daha sonra F.Hüseynova Ərəbqubalı kənd qəbiristanlığında torpağa tapşırılıb.
Qeyd edək ki, 23 yaşlı Azərbaycan vətəndaşı Fatimə İlyas qızı Hüseynova iyunun 29-da Rusiya hərbi qüvvələrinin Ukraynanın Xarkov şəhərinin Xolodnohirsk rayonuna endirdiyi idarəolunan aviasiya bombası zərbəsi nəticəsində həlak olub. O, Xarkov Milli Tibb Universitetinin tələbəsi idi.
F.Hüseynova iyunun 30-u Xarkov şəhərində keçiriləcək diplom təqdimetmə mərqasimində iştirak etmək üçün Almaniyadan Xarkova gəlib. Hadisə Fatimənin rəfiqəsi ilə birlikdə məzun fotosessiyasına gedərkən baş verib. Raket zərbəsi zamanı onun rəfiqəsi Ada ağır xəsarətlər alıb və hazırda xəstəxanada müalicə alır. Fatimənin fotosessiyada geyinmək üçün özü ilə apardığı məzun xalatı və papağı hadisə yerində onun nəşinin yanında tapılıb.
-
MDB01:11Putindən MESAJ: "Rusiya Avropa ilə müharibə istəmir, amma..."
-
İdman00:45Ronaldo het-trik edərək karyerasının 985-ci qolunu vurdu
-
Qoroskop00:00Günün ULDUZ FALI - Bir qohumdan gələn xoş xəbər sizi sevindirəcək
-
Magazin229 Oktyabr 23:40Paparazzilər məşhur cütlüyün əkizlərini görün harada yaxaladılar - FOTO
-
Hadisə29 Oktyabr 22:36“Uşağımı canlı verdim, ölü aldım” - Dayə haqda şok iddia / VİDEO
-
Art29 Oktyabr 22:00Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açıldı - FOTO
-
Nida Xəbər 29 Oktyabr 21:24Ceyhun Bayramovdan diqqətçəkən jest: Özbəkistanın birinci xanımına kömək etdi - VİDEO
-
Sosial29 Oktyabr 20:48Bəzi ödənişlərdə xidmət haqqı LƏĞV EDİLİR






.jpg)

























.jpg)
.jpg)