Hadisə
Yevlaxda ağır qəza - FHN əməkdaşları əraziyə cəlb edildi
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Yevlax rayonu, Əkşəm kəndi ərazisində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşın avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.
Publika.az FHN-ə istinadən xəbər verir ki, məlumatla əlaqədar dərhal nazirliyin Aran Regional Mərkəzinin xilasediciləri əraziyə cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən "Chevrolet" və "Mercedes" markalı minik avtomobillərinin iştirakı ilə yol-qəza hadisəsinin baş verdiyi və "Mercedes" markalı minik avtomobilinin sürücüsünün deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılı vəziyyətdə qaldığı müəyyən olunub.
Xilasedicilər xüsusi vasitələrin köməyi ilə sürücü, 1966-cı il təvəllüdlü Mahmudov Miryunis Miryusif oğlunu xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.
-
Art22:00Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açıldı - FOTO
-
Nida Xəbər 21:24Ceyhun Bayramovdan diqqətçəkən jest: Özbəkistanın birinci xanımına kömək etdi - VİDEO
-
Sosial20:48Bəzi ödənişlərdə xidmət haqqı LƏĞV EDİLİR
-
Hadisə20:24Zəhərləndiyi iddia edilən şagirdlərdə rotavirus aşkarlandı - YENİLƏNDİ
-
Sosial20:12Azərbaycanda “rayon” sözü hansı sözlə əvəzlənə bilər? - Yeni təkliflər
-
Sosial19:12Sabah bu rayonların bəzi ərazilərində qaz olmayacaq
-
İdman18:48“Qızıl top”un bütün dövrlər üzrə qalibi seçilən Ronaldo azarkeşlərə belə təşəkkür etdi
-
Sosial18:12"Azəristiliktəchizat" 9 ayda istilik enerjisi istehsalını nə qədər artırıb?


































.jpg)
