Hadisə
Atası ilə birgə ölən Fidanla Tunar dünən imtahan verməli imiş - FOTO
İyulun 4-ü Ağdam rayonunun Xaçındərbənd kəndində ata və 2 övladının su anbarında boğularaq öldüyü hadisənin təfərrüatı məlum olub.
Publika.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, vəfat edən şəxslərin yaxınları hadisə zamanı 41 yaşlı Şərif İsgəndərov və övladlarının su anbarına çimmək məqsədilə getmədiklərini bildiriblər.
Belə ki, Ş.İsgəndərovun 2008-ci il təvəllüdlü oğlu Tunar və 2009-cu il təvəllüdlü qızı Fidan bu il orta məktəbi bitiriblər. Onlar iyulun 5-i orta məktəbdən buraxılış imtahanında iştirak etməli imiş. Bu səbəbdən Şərif İsgəndərov ailə üzvlərini yaşadıqları Bərdə rayonundan doğulduğu Ağdamın Xaçındərbənd kəndinə aparıb. Məqsəd isə uşaqların imtahanqabağı istirahətini təşkil etmək, doğma kəndi ziyarət etmək olub.
Bu əsnada onlar kənd ərazisində yerləşən Xaçınçay su anbarının kənarına gəliblər və foto çəkdirməyə başlayıblar. Həmin zaman Şərifin 12 yaşlı oğlu büdrəyərək su anbarına yıxılıb. Atası dərhal lilli su hövzəsinə özünü ataraq övladını xilas edib və onu anbardan qaldıraraq anasına ötürə bilib. Lakin Ş.İsgəndərov yorulduğundan təngnəfəs olub və ətrafı beton örtüklü olan su anbarından çıxa bilməyib. Bunu görən qızı Fidan özünü suya ataraq atasına kömək etməyə çalışıb. Lakin o da istəyinə müvəffəq ola bilməyib. Yaxınlıqda olan Tunar bacısı ilə atasının boğulmaq üzrə olduğunu görərək tez özünü çatdırıb və anbara enib. Lakin o da dibi lillə örtülü olan su hövzəsindən xilas ola bilməyib.
Bildirilir ki, hadisə vaxtı uşaqların anasının səsinə yaxınlıqdakı şəxslər gəlib. Onlar qadının özünü su anbarına atmasına imkan verməyiblər.
Qeyd edək ki, Şərif İsgəndərov uzun müddət hüquq-mühafizə orqanlarında çalışıb. Onun atası Cəmşəddin İsgəndərov da hüquq-mühafizə orqanlarının əməkdaşı olub və Birinci Qarabağ müharibəsində - 1993-cü ildə Ağdamın müdafiəsi zamanı qəhrəmancasına şəhid olub.

-
İdman11:08Azərbaycan həndbolunda böhran: Çempionat keçirilməyəcək?
-
Rəsmi xronika11:00İlham Əliyev Malavi Prezidentini təbrik etdi
-
Region10:44Tsarukyanın evində axtarış aparılır
-
Hadisə10:14Atası ilə birgə ölən Fidanla Tunar dünən imtahan verməli imiş - FOTO
-
İqtisadi gündəm09:26Rubl bahalaşdı - MƏZƏNNƏ
-
Kriminal09:00Bakıda qayınata gəlinini narahat edən şəxsi avtomobillə vuraraq öldürdü
-
Sosial08:24Bu sənədi yoxlamadan ev alanlar çıxılmaz vəziyyətdə qalırlar - Xəbərdarlıq
-
Dünya08:12Kiyevə kütləvi hava zərbələri - 7 ölü, 24 yaralı var



























.jpg)

.jpg)






