Dünya
Türkiyə hərəkətə keçdi: Yunanıstan üçün “qırmızı həyəcan siqnalı”
Türkiyə Qara dəniz, Egey dənizi və Şərqi Aralıq dənizindəki dəniz yurisdiksiyası sahələrini qanunvericiliklə tənzimləməyə hazırlaşır.
Publika.az xəbər verir ki, bu barədə Yunanıstan mətbuatı məlumat yayıb.
Bildirilib ki, Ədalət və İnkişaf Partiyasının (AK Parti) hazırladığı “Mavi Vətən” qanun layihəsinin ilin sonundan əvvəl Türkiyə Böyük Millət Məclisinə təqdim edilməsi planlaşdırılır. Bu addım Afinada ciddi narahatlıq yaradıb.
Məlumata əsasən, qanun layihəsinin yekun mətninin noyabrda tamamlanması və ilin sonunadək parlamentdə səsverməyə çıxarılması hədəflənir. Sənədin Türkiyənin dəniz yurisdiksiyası sahələrini hüquqi baxımdan möhkəmləndirəcəyi bildirilir.
Layihə qüvvəyə minərsə, Türkiyənin dəniz ərazilərində dəniz dibinin və yeraltı qatların tədqiqi də daxil olmaqla, iqtisadi, elmi, ekoloji və digər tədqiqat fəaliyyətləri üçün Ankaradan əvvəlcədən icazə alınması tələb oluna bilər.
Yunanıstan mediası hesab edir ki, qanun layihəsi regiondakı mühüm enerji layihələrinə təsir göstərə bilər. Xüsusilə, Yunanıstan, Cənubi Kipr və İsrail arasında elektrik şəbəkələrinin birləşdirilməsi layihəsinin, eləcə də Krit adasının cənubunda karbohidrogen axtarışlarının çətinləşə biləcəyi iddia olunur.
Yunanıstan mətbuatı Türkiyənin Egey dənizi və Şərqi Aralıq dənizində atdığı addımları Afina üçün “qırmızı həyəcan siqnalı” kimi qiymətləndirib.
Müəllif: Roza
-
Dünya11:30Türkiyə hərəkətə keçdi: Yunanıstan üçün “qırmızı həyəcan siqnalı”
-
Rəsmi xronika11:26İlham Əliyev Ərdoğanı təbrik etdi
-
Maraq dünyası11:06Göl yoxa çıxıb, meşə seyrəlib: Alimlər qədim sirri insan izlərinə görə öyrəndilər
-
Sosial10:12Bu şəxslər işlə təmin olunacaq
-
Nida Xəbər 09:12Mehriban Əliyeva Türkiyənin Cümhuriyyət Bayramını təbrik etdi
-
İKT08:37Azərbaycanda bu şəxslər 5 min manatadək cərimələnə bilər
-
ABŞ03:44CENTCOM İranın yaydığı bu məlumatları təkzib etdi
-
Qoroskop01:40Günün ulduz falı: uğur qazanmaq üçün fürsət əldə edəcəksiz















.jpg)



.jpg)

















.jpg)