Hadisə
Bakıda "Media və dekolonizasiya" mövzusunda beynəlxalq konfrans keçirildi
Bu gün Bakıda Bakı Təşəbbüs Qrupunun (BTQ) təşkilatçılığı ilə “Media və dekolonizasiya: yüksələn səslər, güclənən narrativlər” mövzusunda beynəlxalq konfrans keçirilib.
Publika.az Teleqraf-a istinadən xəbər verir ki, tədbirdə keçmiş və hazırkı müstəmləkə ərazilərini təmsil edən media nümayəndələri ilə yanaşı, jurnalistlər, ekspertlər, diplomatlar, dövlət qurumlarının nümayəndələri, diaspor və vətəndaş cəmiyyəti institutlarının təmsilçiləri iştirak ediblər.
Konfrans çərçivəsində iki panel müzakirəsi keçirilib.
BTQ-nin icraçı direktoru Abbas Abbasov çıxışında bildirib ki, media dekolonizasiya prosesinin nəticələrinin beynəlxalq ictimaiyyətə çatdırılmasında və ictimai rəyin formalaşdırılmasında mühüm rol oynayır.
Konfransda vurğulanıb ki, jurnalistlər və sosial media influenserləri dekolonizasiya ilə bağlı doğru məlumatın yayılması, saxta narrativlərlə mübarizə və beynəlxalq ictimaiyyətin məlumatlandırılması istiqamətində bir-birini tamamlayan tərəfdaşlar olmalıdır.
Qeyd edilib ki, mətbuat obyektiv və qərəzsiz informasiya təqdim etməklə dekolonizasiya prosesinə dair demokratik müzakirələrin inkişafına və tarixi həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılmasına mühüm töhfə verə bilər.
Sonda Bakı Təşəbbüs Qrupu (BTQ) ilə Burkina-Fasonun Xarici İşlər Nazirliyinin Qabaqcıl Beynəlxalq Araşdırmalar İnstitutu (INHEI) arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
-
Dünya12:34Türkiyənin Söke qərarına Yunanıstandan cavab: Böyük Dərbəndə ordu yeridildi
-
MDB11:50Kopırkin bacarmadı – Rusiya Ermənistana göndərməyə səfir axtarır
-
Dünya11:04Türkiyədə məktəbə silahlı hücum: 1 şagird ölüb, 8 nəfər yaralanıb - YENİLƏNDİ
-
MDB09:42Ukraynanın bu şəhərlərə kütləvi hücumu: Rusiya Müdafiə Nazirliyi bəyanat yaydı
-
Hadisə07:55Maştağada partlayış: 2 nəfər yaralandı - Video
-
Sosial03:43Bakıda 52 qəzalı bina söküləcək - Kompensasiya məbləği açıqlandı
-
Qoroskop00:45Günün ulduz falı: qarşınıza yeni hədəflər qoyacaqsınız
-
Magazin221 Sentyabr 20:24"Ömər baba"dan gündəm yaradacaq açıqlamalar



























.jpg)














