Hadisə
Astarada avtomobil 70 metr dərəyə yuvarlandı, sürücü öldü - VİDEO
Baş Dövlət Yol Polisi İdarəsi Astara rayonunda baş verən ağır qəza ilə bağlı məlumat yayıb.
İdarədən Publika.az-a verilən xəbərə görə, Astara rayonunda, dağlıq relyefə malik Hamoşam kəndi ərazisində, meşə massivindən keçən yolda hərəkətdə olan “VAZ 2121” markalı avtomobil yoldan çıxaraq təxmin 70 metr məsafədə dərəyə yuvarlanıb.
Nəticədə avtomobilin sürücüsü, Reqloba kənd sakini 60 yaşlı Əlikram Ağayev hadisə yerində həyatını itirib.
İlkin məlumata görə hadisənin baş verməsinə səbəb yolun yağışlı hava ilə əlaqədar sürüşkən olması göstərilir.
Faktla bağlı araşdırma aparılır.
"Baş Dövlət Yol Polisi İdarəsi payız-qış mövsümü ilə əlaqədar oxşar hadisələrin artması ehtimalını nəzərə alaraq, enişli-yoxuşlu yollarda idarəetmə təcrübəsinin mühüm əhəmiyyət daşıdığını bir daha qeyd edir, sürücüləri yol və hava şəraitini hər zaman diqqətdə saxlamağa, dağlıq ərazilərə səfərlər zamanı daha ehtiyatlı olmağa, avtomobillərinin texniki xarakteristikasının onun keçəcəyi ərazinin relyefinə uyğun olub-olmamasına diqqət yetirməyə çağırır!" - deyə məlumatda qeyd olunub.
-
İdman11:39“Miss Almaniya” rinqə çıxır - FOTOLAR
-
Dünya11:03Türkiyə bu ölkədə gücünü artırır: Hərbi baza qurulur - Ankara niyə hərəkətə keçdi?
-
Rəsmi xronika10:21Prezident: Ermənistan buna şərait yaratmalıdır
-
Maraq dünyası09:425 gün sonra dünya yox olacaq - Allahı və İsanı görən şəxs dedi
-
Hadisə08:54Bakıda ağır qəza: "SOCAR"ın avtomobili ilə toqquşdu - VİDEO
-
Avropa07:30Cek Nikolsonun baltası yenidən hərraca çıxarıldı
-
Magazin206:1625 il sonra yenidən “Mumiya”da - FOTO
-
Magazin205:15Məşhur aktrisa 103 yaşında vəfat etdi



































.jpg)

