Şəkidə maşın yandı: Xəsarət alan var
Bizi izləyin

Hadisə

Şəkidə maşın yandı: Xəsarət alan var

Şəkidə maşın yandı: Xəsarət alan var

Şəki rayonunda minik avtomobili yanıb.

Publika.az Report-a istinadla xəbər verir ki, yanğın hadisəsi rayonun Çələbixan qəsəbəsində baş verib.

Hadisə yerinə Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və şəxsi heyəti cəlb olunub.

Yanğın zamanı 1967-cıi il təvəllüdlü Cəsarət Eldar oğlu Ağalarova məxsus QAZ-24 markalı minik avtomobilinin salon hissəsi tamamilə yanıb.

Hadisə nəticəsində bir nəfər qol və ayaq hissəsindən xəsarət alaraq Şəki Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm