Beyləqanda maşın su arxına aşdı - Sürücü öldü
Bizi izləyin

Hadisə

Beyləqanda maşın su arxına aşdı - Sürücü öldü

Beyləqanda maşın su arxına aşdı - Sürücü öldü

Beyləqan rayonunun Bahar qəsəbəsindən keçən avtomobil yolunda yol-nəqliyyat hadisəsi baş verib.

Publika.az xəbər verir ki, hadisə noyabrın 17-də saat 16:30 radələrində baş verib.

Belə ki, Arif Aslanov idarə etdiyi “VAZ-2106” markalı avtomobilin idarəetməsini itirib və avtomobil su arxına aşıb. Nəticədə sürücü ölüb, sərnişin, 1967-ci il təvəllüdlü Beyləqan rayon sakini Həbib Kərimov isə müxtəlif bədən xəsarətləri alıb.

Faktla bağlı Beyləqan Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm