Nərimanovda yanğın baş verdi
Bizi izləyin

Hadisə

Nərimanovda yanğın baş verdi

Nərimanovda yanğın baş verdi

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Nərimanov rayonu, Ağa Nemətulla küçəsində yerləşən obyektdə yanğın baş verməsi barədə məlumat daxil olub.

Publika.az nazirliyə istinadən xəbər verir ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində çörəkbişirmə sexi kimi fəaliyyət göstərən obyektin tüstü bacasında baş vermiş yanğının genişlənərək obyektə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində sexin tüstü bacası və ətrafı 4kv.m. sahədə yanıb.

Xəsarət alan olmayıb.

Obyekt yanğından mühafizə olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm