İdman
Ronaldo “Barselona”dan bu səbəbə görə ayrılıbmış
Braziliyalı futbol əfsanəsi Ronaldo Nazario 1997-ci ildə “Barselona”dan ayrılaraq “İnter”ə keçməsinin səbəblərini açıqlayıb.
Publika.az xəbər verir ki, sabiq hücumçu Gary Neville və Jamie Carragherin aparıcılığı ilə yayımlanan “Stick to Football” podkastında karyerasının ən çox müzakirə olunan transferlərindən birinin pərdəarxasından danışıb.
Ronaldo bildirib ki, İspaniya klubunda uğurlu mövsüm keçirməsinə baxmayaraq, Milan təmsilçisinin təklif etdiyi yüksək məvacib onun qərarında həlledici rol oynayıb.
“Barselona” məni 20 milyon avroya transfer etmişdi və həmin məbləğin yaxşı bir hissəsi mənə çatmışdı. Orada ildə 2 milyon qazanırdım, “İnter” isə 8 milyon təklif etdi. Mən də getməyə qərar verdim”, – deyə o bildirib.
Braziliyalı keçmiş futbolçu 1996-cı ildə “Qızıl top” uğrunda mübarizədə almaniyalı müdafiəçi Mattias Zammerə uduzmasına da münasibət bildirib. O, həmin vaxt “Barselona”da yüksək səviyyədə çıxış etdiyini və çoxlu qol vurduğunu xatırladaraq nəticədən narazı qaldığını deyib.
Ronaldo 1997-ci ildə “İnter”in futbolçusu kimi “Qızıl top”u qazanaraq əvvəlki məyusluğunu kompensasiya edib. O, 2002-ci ildə dünya çempionluğundan sonra bu mükafata ikinci dəfə sahib olub.
Əfsanəvi hücumçu müasir futbolçuların müdafiəçilərdən daha yaxşı qorunduğunu da düşünür. Onun fikrincə, öz dövründə hücumçular daha sərt müdaxilələrlə üzləşir, hakimlər isə onları kifayət qədər müdafiə etmirdilər.
Ronaldo Braziliya millisinin hazırkı vəziyyətini də tənqid edib. O, komandanın dünya çempionluğuna iddialı olmaq üçün kifayət qədər güclü və birlikdə olmadığını bildirib:
“Braziliya Dünya Kubokunu qazanacaq qədər güclü deyil. Güclü komandamız yoxdur, kollektiv daxilində birlik çatışmır”.
Sabiq hücumçu əlavə edib ki, Braziliya futbolu əvvəlki texniki üstünlüyünə arxalanmaq əvəzinə Avropa komandalarının fiziki güc, sürət və taktiki təşkilatlanma baxımından üstünlüyünü nəzərə almalıdır.
-
Digər13:1525 nəfər məktəbdəki partlayışın qurbanı oldu - 50-yə yaxın yaralı var
-
Magazin213:07Kürd əsilli məşhur müğənninin 22 il əvvəlki görüntüsü gündəm oldu - FOTO
-
Ekologiya12:44Sabahın hava proqnozu açıqlandı
-
MDB12:21Parkda yatan azərbaycanlı həbs edildi, sonra Ukraynaya əsir düşdü
-
Ekologiya11:36Qlobal su dövranı ilə bağlı həyəcan təbili: Antroposenin dərin pozulma dövrü başlayıb
-
Hadisə11:20Azərbaycanda Əfqanıstan vətəndaşları saxlanıldı
-
Ekopublika.az07:352027-ci ildə dünyanı yeni böhran gözləyir - Həyəcan təbili çalındı
-
Avto05:45İkinci əl avtomobil alarkən diqqət edilməli gizli detal














.jpg)








.jpg)











