Klubların milli komandaya münasibətini sərt şəkildə tənqid etdi
Bizi izləyin

İdman

Klubların milli komandaya münasibətini sərt şəkildə tənqid etdi

Klubların milli komandaya münasibətini sərt şəkildə tənqid etdi

İtaliya millisinin baş məşqçisi Roberto Mançini A Seriyasında yerli futbolçuların sayının azalmasını və klubların milli komandaya münasibətini sərt tənqid edib.

Publika.az xəbər verir ki, 62 yaşını qeyd edən mütəxəssis “Corriere dello Sport”a müsahibəsində İtaliya futbolunun problemlərindən, Nikolo Zaniolonun potensialından və A Seriyasının çempionluq mübarizəsindən danışıb.

Mançini bildirib ki, İtaliya çempionatında yerli futbolçuların payının 30 faizə enməsi qəbuledilməzdir. Onun sözlərinə görə, bu vəziyyət milli komandanı hələ yüksək səviyyədə çıxış etməmiş gənc futbolçulara şans verməyə məcbur edir.

“Bu göstərici biabırçılıqdır. Potensialı olan gəncləri axtarmaqdan başqa seçimimiz yoxdur. Onlara təcrübə qazandırmaq üçün vacib oyunlarda risk etməliyik. Klubların milli komanda ilə heç bir marağı yoxdur. Milli komanda çıxış yolunu özü tapmalıdır”, – deyə o bildirib.

İtaliyalı mütəxəssis Nikolo Zaniolonun karyerası ilə bağlı da fikirlərini bölüşüb. O, futbolçunun böyük istedada malik olduğunu, lakin potensialını tam reallaşdıra bilmədiyini söyləyib.

Mançininin sözlərinə görə, Zaniolo fiziki və texniki keyfiyyətlərinə əsasən İtaliya futbolunun aparıcı oyunçularından biri olmalı idi. Bununla belə, baş məşqçi onun milli komandaya qayıtmaq şansını istisna etməyib.

Müsahibədə A Seriyasının çempionu ilə bağlı proqnozunu da açıqlayan Mançini “Roma”nın mövsümü birinci pillədə başa vuracağını düşündüyünü deyib. O, ən güclü heyətə malik komandanın isə “İnter” olduğunu vurğulayıb. “Napoli”nin çoxsaylı zədələr səbəbindən çətinlik çəkdiyini bildirən mütəxəssis “Latsio”nun da zəifləyəcəyinə əmin olmamağı tövsiyə edib.

Mançini 2023-cü ilin avqustunda İtaliya millisindən ayrılmasına da toxunub. O, qərarın əsas səbəbinin İtaliya Futbol Federasiyasının prezidenti Qabriele Qravina ilə münasibətlərdə yaranan ünsiyyət problemi olduğunu bildirib. Mütəxəssis həmin vaxt istefa verməməsini səhv addım kimi qiymətləndirib və sonradan qərarına görə peşman olduğunu etiraf edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm