Hadisə
Öldürülən 7 günlük gəlinin atası ANS-ə danışdı - VİDEO
Rusiyada toyundan bir həftə sonra itkin düşən və bir neçə gün əvvəl əri tərəfindən öldürüldüyü məlum olan Gülnar Vəliyevanın meyiti bu gün baba ocağına gətirilib.
ANS TV-nin məlumatına görə, 23 yaşlı gəlin Masallı rayonunun Ərkivan qəsəbə qəbiristanlığında torpağa tapşırılıb. Rusiyadakı universitetlərdən birinin stomatologiya ixtisasının 1-ci kurs tələbəsi olmuş Gülnar Vəliyevanın Sankt-Peterburqda aprelin 22-nə keçən gecə itkin düşdüyü deyilirdi.
Yaxınları bildirir ki, Samir və Gülnar aprelin 15-də evləniblər və bundan sonra qız həyat yoldaşının "Marşal Jukov" prospektində yerləşən mənzilinə köçüb. Bir həftə sonra isə cavan gəlin yoxa çıxıb. Baş verən hadisə barədə danışan Gülnarın atası Samirin Gülnarı sevərək evləndiyini və institutda oxumağına mane olmadığını, amma çox qısqanc olduğunu, anası ilə əlaqə saxlamağa icazə verdiyini deyib. Atanın bildirdiyinə görə, ailənin Samirin 2004-2009-cu illərdə Rusiyada həbsdə olmasından xəbəri olmayıb. Ona görə qız itkin düşəndə valideynlərin ürəyinə xal düşsə də qarşı tərəf əksinə, Vəliyevləri günahlandırıb.
"Ata-anası, başladı ki, 1-ci gündən biz bilmirik, bizlik deyil. Bizim xəbərimiz yoxdur. Samir deyir ki, bəlkə, sevəni olub, onunla qaçıb. Dedim, sən onu il yarımdır tanıyırsan", - deyə qətlə yetirilən gəlinin atası Şücaət Vəliyev bildirib.
Gülnardan 11 yaş böyük olan həyat yoldaşı 34 yaşlı Samir Həbibov may ayının 26-da istintaq tərəfindən saxlandıqda hadisənin ehtiyatsızlıq səbəbindən baş verdiyini söyləsə də zərərçəkən tərəf buna inanmır və ona ən ağır cəzanı tələb edir.
""Zaryyadnoyu" istədim, dedim onu ver, vermədi, mən də vurdum, uşaq dəydi harasa, özündən getdi. Mən amma inanmıram. Burada başqa nəsə var. Qoy müstəntiqlər araşdırsın. Cəzasını alsın qanunla", - deyə Gülnar Vəliyevanın atası söyləyib.
Ötən həftə gənc gəlinin həyat yoldaşı Samir Həbibov həyat yoldaşının qətlində şübhəli bilinərək saxlanılıb. İndi onu törətdiyi əmələ görə Rusiya qanunvericiliyinin müvafiq maddələri ilə 15 ilədək həbs cəzası gözləyir.
BAKU.WS
-
Hadisə18:5017 yaşlı Azərbaycan çempionu qəfil vəfat etdi - Foto
-
Hadisə18:40Şəkidəki kanat faciəsinə görə iki nəfər həbs olundu
-
Nida Təhlil 16:36Əli Kərimlinin övladları və erməni lobbisi: Şəxsi ambisiyalar naminə milli maraqların satılması
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm


































.jpg)
.jpg)

