Hadisə
Şamaxı yolunda yenidən sürüşmə
Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 107-ci kilometrliyində sürüşmə yenidən aktivləşib.
Report-un xəbərinə görə, son günlər yağan yağışlar ərazidə təhlükəli vəziyyət yaradıb. Tonlarla torpaq qatının sürüşərək avtomobillərin intensiv hərəkət etdiyi yola töküldüyü bildirilir.
Ötən gün axşam yolda təmizlik işləri aparılsa da, təkrar axıb gələn torpaq qatının avtomobillərin hərəkətinə maneələr yaratdığı deyilir. Xəbərdə həmçinin qeyd edilir ki, əraziyə ağır texnika və canlı qüvvə cəlb olunub. Texnika yolun yamac hissəsində yığılıb qalan torpaq qatını təmizləyir.
“Azəravtoyol” Açıq Səhmdar Cəmiyyəti də ərazidə növbətçi işçi qüvvəsi yaradıldığı, sürüşmə zonasının diqqətdə saxlandığını bildirilir.
Bakı-Şamaxı-Yevlax yolu Qobustan rayonu ərazisinə düşür. Oradan
Şamaxı şəhərinə cəmi 10-15 kilometrdir. Həmin ərazinin lap
yaxınlığında türk əsgərinin qəbri üstündə salınan abidə yerləşir.
Ərazi sürüşməyə meyilli olduğundan bu abidə kompleksində də bundan
əvvəl çatlar əmələ gəlmişdi.
Həmin ərazidə tez-tez sürüşmə olur.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi





































.jpg)
.jpg)
