Hadisə
Qoruqda narkotik aşkarlandı: gözətçi işdən çıxarıldı
Zaqatala Dövlət Təbiət Qoruğunun Balakən rayonu, Katex kəndi ərazisindən keçən hissəsinin 4 saylı dolayının müxtəlif sahələrində hündürlüyü 12 sm-dən 39 sm-ə qədər olan ümumi sayı 781 ədəd narkotik xassəli çətənə bitkisinin aqrotexniki qaydada əkildiyi aşkar olunub.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Publika.az-a verilən məlumata görə, bu faktlar Zaqatala Dövlət Təbiət Qoruğu və Balakən Polis Şöbəsinin əməkdaşlarının birgə tədbirlər planına uyğun olaraq iyunun 5-də keçirdiyi əməliyyat axtarış tədbirləri nəticəsində aşkarlanıb.
Araşdırma zamanı çətənə kollarını Balakən rayon Qazbinə kənd sakini, Balakən Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin Kortala meşəbəyliyinin gözətçisi, orta təhsilli Arif Saxrayev və həmkəndlisi tərəfindən qanunsuz olaraq qoruq ərazisinə daxil olaraq əkdiyi məlum olub.
Faktla bağlı sözügedən ərazinin mühafizəsinə cavabeh olan Dövlət Təbiət Qoruğunun mühafizə yegeri Zahid Dondulov əmək vəzifələrini layiqincə yerinə yetirmədiyinə, xidməti fəaliyyətində yol verdiyi nöqsana görə vəzifəsindən azad edilib. Bundan başqa Balakən MMBM-nin meşə gözətçisi Arif Saxrayev qanunsuz fəaliyyətinə görə işdən çıxarılıb.
Zaqatala Dövlət Təbiət Qoruğunun ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri çərçivəsində çətənə kollarının əkildiyi yerlərin müəyyən edilməsi istiqamətində reydlər aparılır.
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular






































.jpg)

.jpg)