Hadisə
Vaqif Əsədov cəzalandırıldı - FOTO (YENİLƏNİB)
Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin Yol Hərəkətinin Təhlükəsizliyinin Təbliği və İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov ximdəti avtomobili ilə yol hərəkəti qaydalarını pozması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
Publika.az-a açıqlama verən V.Əsədov bildirib ki, törətdiyi pozuntuya görə cəriməni ödəyib: “Kiçik bir xəta törətmişəm, bunun da cəriməsini ödəmişəm. Bununla da göstərdim ki, kimliyindən asılı olmayaraq qaydanı pozan hər kəs cəriməni ödəməlidir. Qanun qarşısında hər bir hərəkət iştirakçısı bərabərdir”.
Qeyd edək ki, sosial şəbəkələrdə polis
polkovnik-leytenantı Vaqif Əsədovun ximdəti avtomobili ilə yol
hərəkəti qaydalarını pozduğu barədə foto paylaşılıb.
Onun yol hərəkəti qaydasını pozduğu ilə bağlı foto
sosial şəbəkələrdə paylaşılıb. Belə ki, V. Əsədov 99 YP 333 dövlət
nömrə nişanlı xidməti avtomobilini piyada keçidinin üzərində park
edib. DYP-ə məxsus avtomobilin yol hərəkəti qaydalarını pozması isə
şəbəkə istifadəçilərinin etirazına səbəb olub.
Məlumat üçün bildirək ki, durma qaydalarının pozulması zamanı
sürücü avtomobildə yoxdursa, evakuasiya olunmalı, 20 manat cərimə
edilməlidir. Sürücü avtomobildədirsə yalnız 20 manat cərimə
edilməlidir.
Gülxar
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular






































.jpg)

.jpg)