Hadisə
Bakıda məktəbli qız niyə intihar etdi? - TƏFƏRRÜAT
Pirallahı rayonundakı 235 saylı orta məktəbin direktoru Tahir Süleymanov Publika.az-a açıqlamasında bildirib ki, Səbinə yaxşı oxuyan şagird olub, son vaxtlar da psixoloji durumunda hər hansı dəyişiklik olmayıb:
“O,”4”, “5” qiymətlərlə oxuyan uşaq idi. Dərslərinə həmişə hazırlıqlı olub, sinif yoldaşları ilə də münasibəti normal olub. Hadisə günü o dərsdə olub, bütün dərslərdə də iştirak edib. Sinif yoldaşları ilə sağollaşıb evə gedib. Hadisə isə o evə gedəndən sonra baş verib. Biz də axşam eşitdik hadisəni, hamı şokdadır. Elə ağıllı bir qız nə üçün belə iş görüb, bilmirik. Səbinə 8-ci, bacısı isə 4-cü sinfdə oxuyub”.
Direktor bildirdi ki, Səbinə anasının birinci evliliyindən olub. İkinci evlilikdən isə 3 övladı var.
Səbinənin qonşuları isə lent.az-a bildirib ki, anası onun telefonunu yoxlayarkən kiminləsə yazışmasını tapıb və qızını bərk danlayıb. Hətta dünən dərsdən evə qayıdan Səbinəni anası qapı arxasında saxlayıb və onu evə buraxmayıb. Məhz bu psixoloji sarsıntının təsiri altında 14 yaşlı qız özünü öldürərək həyatına son qoyub.
***
Bakıda intihar hadisəsi baş verib.
Pirallahı rayon Prokurorluğun APA-ya verilən məlumata görə, hadisə rayonun Gürgən qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 14 yaşlı Səbinə Əhmədli yaşadığı evdə özünü asıb. Onun özünə qəsd etməsinin səbəbləri məlum deyil.
Məlumata görə, S. Əhmədli orta məktəb şagirdidir.
Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Siz zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular


















.jpg)

















.jpg)

.jpg)