Hadisə
Bacısını öldürən qardaş: “Namusum qəbul etmədi” - TƏFƏRRÜAT
Samux rayonu Hacallı kəndində 32 yaşlı Cavad Həsənov bacısı 30 yaşlı Gülnarə Həsənovanı qətlə yetirib. Hadisə ötən gün axşam saatlarında mərhumun evində baş verib.
Hacıallı kənd sakinlərinin Publika.az-a verdiyi məlumata görə, olaya qısqanclıq səbəb olub. Belə ki, G.Həsənova bir nəfərlə uzun müddət qeyri-rəsmi nikahda yaşayıb. Bu münasibətdən onların 3 oğlu olub. Uşaqların böyüyü 10, kiçiyi 2-3 yaşlarındadır.
Gülnarə Həsənovanın birlikdə yaşadığı şəxs tez-tez Türkiyəyə səfər edirmiş. Sonuncu dəfə təxminən bir il əvvəl yenidən Türkiyəyə gedib və geri qayıtmayıb. Kənd sakinlərinin sözlərinə görə, qadın yüngül əxlaqlı şəxs kimi ad çıxarıb. Əvvəllər onun haqqında çox söz-söhbətlər gəzib. Son zamanlar isə konkret bir şəxslə adı hallanıb. Bu söhbətlər qardaşının qulağına çatıb. Dünən axşam bacısının evə gedib. Bu zaman qadının iki oğlu yanında olub. Cavad Həsənov onları həyətə çıxarıb və bacısını öldürüb. Amma sonra kiçik oğlu içəri girib və anasının bıçaqlandığını görüb.
C.Həsənov bacısını bıçaqlayandan sonra evinə gedib, ailəsi ilə vidalaşandan sonra polisə təslim olub.
Sakinlərin sözlərinə görə, G.Həsənovanın nə 8 qardaşı, nə valideynləri, nə də digər qohumları onu dəfn etmək istəmir. Onun dəfnini kəndin digər sakinləri üzərilərinə götürüblər.
C.Həsənov ilkin ifadəsində “Namusum qəbul etmədi, öldürdüm” deyib. Cavad Həsənovun özünün iki oğlu var.
Gülxar
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Siz zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular


















.jpg)

















.jpg)

.jpg)