Hadisə
Füzulidə 3 ədəd mərmi tapıldı
Horadiz şəhərində 3 ədəd minaatan mərmisi aşkar edilib. Bu barədə Publika.az-a Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) məlumat verilib.
Tərtər rayonu
Cəmilli kəndi - 1 ferma ərazisində 1 partlayış yerinə baxış keçirilib və 1 ədəd partlamamış hərbi sursat (100 mm-lik top mərmisi) aşkar edilərək götürülüb, nəticə etibarilə 900 kv.m ərazi yoxlanılıb (FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin məlumatı).
Goranboy rayonu
Tapqaraqoyunlu kəndi - 1 ev və həyətyanı sahədə 1 partlayış yerinə baxış keçirilib, nəticə etibarilə 3000 kv.m ərazi yoxlanılıb (FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin məlumatı).
Füzuli rayonu
Horadiz şəhəri - 2 əkin sahəsində 2 partlayış yerinə baxış keçirilib, 3 ədəd partlamamış hərbi sursat (120 mm-lik minaatan mərmisi) aşkar edilərək götürülüb, nəticə etibarilə 1800 kv.m ərazi yoxlanılıb.
İyunun 9-da 1 ev və həyətyanı sahə, 2 əkin sahəsi, 1 ferma, 4 partlayış yeri, 4 ədəd partlamamış hərbi sursat (1 ədəd 100 mm-lik top mərmisi və 3 ədəd 120 mm-lik minaatan mərmisi) aşkar olunaraq götürülüb və gün ərzində 5700 kv.m ərazi təmizlənib.
Ümumilikdə ANAMA tərəfindən 7 aprel - 9 iyun 2016-cı il tarixlərində Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Füzuli, Goranboy, Tovuz, Samux, Şəmkir, Cəlilabad, Ucar rayonlarında, Mingəçevir, Sumqayıt və Bakı şəhərlərində 591 ev və həyətyanı sahə, 2 hərbi hissə, 2 kənd qəbiristanlığı, 5 kənd orta məktəbi, 1 tibb məntəqəsi, 22 ferma, əkin sahələri və 1 çaxır zavodu ərazisinə baxış keçirilib, 1 513 ədəd partlamamış hərbi sursat, 11 ədəd piyada əleyhinə mina (PMN), 3 ədəd piyada əleyhinə POMZ-2 və 7 ədəd tank əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib.
Hazırda Agentlik tərəfindən yaradılmış xüsusi təyinatlı mobil çevik qrupları minaaxtaran itlərin dəstəyi ilə təmas xəttində yerləşən kəndlərdəki evlərlə yanaşı məktəblər və digər obyektlərin yerləşdiyi ərazilərdə əməliyyatları davam etdirir.
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Siz zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular


















.jpg)

















.jpg)

.jpg)