Hadisə
Məktəb direktoru müəllimin döyülməsindən DANIŞDI - YENİLƏNİB
Məktəbin direktoru Akifə Səmədova Publika.az-a bildirib ki, hadisə saytlarda yazıldığı kimi olmayıb. Müəllim şagirdə qarşı əxlaqsız hərəkət etməyib.
“Məktəbin fizika müəllimi Akif Səmədov 8-ci sinif şagirdini vurub. Valideyn də bundan qəzəblənib və belə bir şayiə yayıb. Şagirdin vurmasına səbəb sinifdə qızların çox gülməsi olub. Şagirdlər dərsi pozduqlarına görə müəllim belə bir hərəkət edib”.
Direktor bildirib ki, barışıq üçün valideynin evinə gedirlər: “Valideyn əsəbləşib belə xəbər yayıb. O, dünən axşam mənə müraciət etmişdi. Mən də məsələni araşdıracağımı demişdim. Lakin bu gün səhər valideyn bu məlumatı yayıb. Artıq o, bu hərəkətindən peşman olub. Biz də barışıq əldə etmək üçün valideynin evinə gedirik. Akif Səmədov mənim həyat yoldaşımdır, lakin onun direktor müavini olması yanlış məlumatdır. Məktəbin direktor müavini Bahar Mustafayevadır”.
***
Kərəm Mirzəyev adına Qubadlı rayon Xanlıq kənd 1 saylı
tam orta məktəbində qalmaqal baş verib.
Publika.az Gununsesi.info-ya istinadən xəbər verir ki, bu barədə adı çəkilən təhsil ocağından məlumat verilib.
Bildirilir ki, Bakı şəhəri, Binəqədi rayonunda yerləşən məcburi
köçkün məktəbinin direktor müavini Akif Səmədov yuxarı sinif
şagirdləri olan qızlara qarşı əxlaqsız hərəkətlər edib. Dünən baş
verən hadisəni qızlardan biri öz valideyinlərinə danışıb. Nəticədə,
həmin uşağın valideyini bu gün adıçəkilən məktəbdə direktor müavini
işləyən Akif Səmədovu döyüb. Hal-hazırda Akif Səmədov xəstəxanaya
yerləşdirilib. Direktor müavininə ağır xəsarət yetirildiyi
bildirilir.
Məktəbin direktoru isə Akif Səmədovun həyat yoldaşı Akifə Səmədovadır.
Valideyinlər onu da bildiriblər ki, ər-arvadın rəhbərlik etdiyi
məktəb həm də ən çox rüşvət halları olan məktəblər kimi
tanınır.
Hadisə ilə bağlı Binəqədi rayon polis idarəsində araşdırmalar aparılır.
Gülxar
-
Avropa15:04Papanın ağciyərində düyün aşkarlandı - Əməliyyat olunacaq
-
MDB14:55Putin ad gününü onlarla keçirdi
-
Maraq dünyası14:18Tarakan Xalq Partiyasının rəhbəri azadlığa çıxdı
-
Sağlamlıq13:38Hamının içdiyi bu məhsulun zərərləri də var imiş - Həkimdən xəbərdarlıq
-
Magazin212:21Stetxemin sevgilisi ideal bədən quruluşunu nümayiş etdirdi - Foto
-
Magazin112:05Azərbaycanda müğənni əməliyyatdan sonra öldü - Foto
-
İdman10:24Günün oyunları - Afişa
-
MDB10:04Data mərkəzi və yük gəmisi vuruldu
































.jpg)




