Hadisə
4 ədəd partlamamış hərbi sursat tapılıb - FOTO
Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyi (ANAMA) 10 iyun tarixində 4 ədəd partlamamış hərbi sursat aşkar edib. Bu barədə Publika.az-a agentlikdən bildirilib.
Tərtər rayonu
Şıxarx kəndi - Əkin sahəsində 1 ədəd partlamamış hərbi sursat (122-mm top mərmisi) aşkar edilərək götürülmüş və ərazidə əməliyyatlar növbəti gün davam etdiriləcəkdir.
(FHN-nin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzinin məlumatı)
Füzuli rayonu
Horadiz şəhəri - 3 əkin sahəsində 3 partlayış yerinə baxış keçirilmiş, 2 ədəd partlamamış hərbi sursat (1 ədəd 120 mm-lik minaatan mərmi və 1 ədəd 125 mm-lik tank mərmisi) aşkar edilərək götürülmüş, nəticə etibarı ilə 1 790 kv. m ərazi yoxlanılmışdır.
Astara rayonu
Ərçivan kəndi - 1 ev və həyətyanı sahədə 1 ədəd partlamamış hərbi sursat (122 mm top mərmisi) aşkar edilmişdir. Mərminin üzərində döyüş başlığı olduğu üçün növbəti gün yerində zərərsizləşdiriləcəkdir.
(FHN-nin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzinin məlumatı)
Ağdam, Ağcabədi rayonlarında hava şəraiti ilə əlaqədar əməliyyatlar aparılmamışdır.
10 İyun tarixində 1 ev və həyətyanı sahə, 4 əkin sahəsi, 3 partlayış yeri, 4 ədəd partlamamış hərbi sursat (2 ədəd 122 mm-lik top mərmisi, 1 ədəd 120 mm-lik minaatan mərmi və 1 ədəd 125 mm-lik tank mərmisi) aşkar olunaraq götürülüb və gün ərzində 1 790 kv. m ərazi təmizlənib.
Ümumilikdə Agentlik tərəfindən 7 Aprel - 10 İyun 2016-cı il tarixlərində Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Füzuli, Goranboy, Tovuz, Samux, Şəmkir, Cəlilabad, Ucar, Astara rayonlarında, Mingəçevir, Sumqayıt və Bakı şəhərlərində 592 ev və həyətyanı sahə, 2 hərbi hissə, 2 kənd qəbiristanlığı, 5 kənd orta məktəbi, 1 tibb məntəqəsi, 22 ferma, əkin sahələri və 1 çaxır zavodu ərazisinə baxış keçirilmiş, 1 517 ədəd partlamamış hərbi sursat, 11 ədəd piyada əleyhinə mina (PMN), 3 ədəd piyada əleyhinə POMZ-2 və 7 ədəd tank əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilmişdir.
Hal-hazırda Agentlik tərəfindən yaradılmış xüsusi təyinatlı mobil çevik qrupları minaaxtaran itlərin dəstəyi ilə təmas xəttində yerləşən kəndlərdəki evlərlə yanaşı məktəblər və digər obyektlərin yerləşdiyi ərazilərdə əməliyyatları davam etdirir.
-
MDB09:37Keçmiş baş nazirdən şok iddia: "20 milyon əhalimiz qalıb!"
-
MDB09:19Rusiyadan Markaryana daha bir zərbə
-
Region08:24İstanbuldan Moskvaya uçan təyyarə geri döndü
-
Ekologiya07:17Bu günün hava proqnozu açıqlandı
-
Magazin206:16Hollivud məşuqələri: Evli kişilərlə görüşən 5 ulduz
-
Hadisə03:43Astarada ağır qəza: ölən və xəsarət alanlar var
-
Avropa03:16Macar Baş nazirin üzərinə şərab atıldı - ANBAAN VİDEO
-
Region02:42İran yeddi şərt irəli sürdü - “ABŞ-ın qəbul etməkdən başqa yolu yoxdur”

















.jpg)














.jpg)



